Maliyyə Nazirliyi: ”Bəs Mossad, Böyük Britaniya harada qaldı?!”

”Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur”

Source:


”Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur”

ABŞ-ın maliyyə analitiki Yuri Şvetsin Ukraynanın “Qordon” agentliyinə Azərbaycanın maliyyə naziri Samir Şərifov haqqında verdiyi

müsahibə

iki gündür müzakirə predmetinə çevrilib.

Yuri Şvets Samir Şərifovun üç ölkənin – Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia edib.

“APA-Economics” bu iddialarla bağlı Maliyyə Nazirliyinin də mövqeyini öyrənməyə çalışıb.

Nazirliyin mətbuat katibi Mais Piriyev bildirib ki, ayrı-ayrı şəxslərin təxribat xarakterli cəfəng iddialarına şərh vermək fikrində deyil: “Yuri Şvetsin iddialarının nə qədər qeyri-ciddiliyi isə elə ilk baxışdan görünür və istehza doğurur. Elə üç ölkə?! Bəs Mossad, Böyük Britaniyanın, eləcə də başqa ölkələrin xüsusi xidmət orqanları harada qaldı?!”

Ana səhifəXəbərlərMaliyyə Nazirliyi: ”Bəs Mossad, Böyük Britaniya harada qaldı?!”