Malena Mard: “Avropa İttifaqı üçün “status-kvo” qәbuledilmәzdir”

“Qəbuledilməz olan mövcud status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunlarının işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır”

Source:


“Qəbuledilməz olan mövcud status-kvonun dəyişdirilməsi üçün Ermənistan qoşunlarının işğal olunmuş ərazilərindən çıxarılması təmin olunmalıdır”

“1999-cu ildә Azәrbaycanla Avropa İttifaqı arasında tәrәfdaşlıq vә әmәkdaşlıq haqqında sәnәd imzalanıb. Həmin sənəddə Azәrbaycanın әrazi bütövlüyü vә suverenliyi dəstəklənib”.

APA-nın mәlumatına görә, bunu Avropa İttifaqının Bakı ofisinin rәhbәri Malena Mard deyib.

Onun sözlәrinә görә, Avropa İttifaqı ATƏT-in Minsk qrupu hәmsәdrlәrinin nizamlanma prosesindəki sәylәrini dәstәklәyir: “Biz uzun müddәt etimadın qurulması üçün edə biləcəyimiz yardımla bağlı danışıqlar aparmışıq”.

Diplomat qeyd edib ki, Avropa İttifaqı әrazi bütövlüyü vә tәhlükәsizlik mәsәlәlәrinә xüsusi diqqәt yetirir: “Bizim üçün də “status-kvo” qәbuledilmәzdir. Ötәn il prezidentlәr 3 dәfә görüşüblər. Yüksәk sәviyyәli görüşlәrin keçirilməsi yaxşı haldır. Avropa İttifaqının Cәnubi Qafqaz üzrә xüsusi nümayәndәsi var. O, hәmsәdrlәrlә daim tәmasda olur”.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev Avropa İttifaqının Bakı ofisinin rəhbəri Malena Mardın status-kvonun qəbuledilməzliyi barəsində fikrini müsbət qarşılayıb.

H.Hacıyevin sözlərinə görə, mövcud status-kvonun əsasını Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərini işğalı təşkil edir: “Ona görə də qəbuledilməz olan mövcud status-kvonun dəyişdirilməsi üçün Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün nəticələrinin aradan qaldırılması və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır. İşğal və təcavüz faktının, xüsusilə Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdiddir”

Ana səhifəXəbərlərMalena Mard: “Avropa İttifaqı üçün “status-kvo” qәbuledilmәzdir”