Mağazalarda spirtli içkilər ”yoxa çıxıb”

İçkiləri heç bank kartı ilə də almaq mümkün deyil

Source:


İçkiləri heç bank kartı ilə də almaq mümkün deyil

Paytaxtın ticarət şəbəkələrində spirtli içkilər yoxa çıxıb. Bu, spirtli içkilərin kredit kartları vasitəsilə satışı barədə hökumətin yeni qaydaları ilə bağlıdır.

Ötən il dekabrın əvvəllərində dövlət başçısı Azərbaycan ərazisində aksiz mallarının – spirtli içkilər, pivə və tütün məmulatlarının satışı qaydalarını təsdiqləyib.

Bundan sonra bu məhsulların topdansatış və pərakəndə satışının nağd yolla ödənişi qadağan edilir. Yəni, yanvarın 1-dən spirtli içkilərə görə ödənişi kartlar vasitəsilə həyata keçirmək lazımdır.

“Turan IA”ın müşahidələrinə görə, bu qaydalar qüvvəyə minəndən 10 gün sonra mağazalardan spirtli içkilər yığışdırılıb. Heç kartla almaq da mümkün deyil.

İri supermarketlərdən birində Turan-ın sualına cavab olaraq bildirilib ki, onlara spirtli içkiləriin yığışdırılması ilə bağlı göstəriş verilib. Ticarətin nə zaman və hansı şərtlərlə bərpa olunacağı məlum deyil.

Başqa bir mağaza sahibi də bildirib ki, spirtli içkilərin satışı ilə bağlı yeni qaydalardan heç nə anlamır: “Əvvəlcə dedilər ki, 50 manata qədər nağd pulla satmaq olar, indi də deyirlər satmayın, gözləyin. Biz də gözləyirik, ama bilmirik nəyi gözləyirik”.

Ana səhifəXəbərlərMağazalarda spirtli içkilər ”yoxa çıxıb”