Macarlar Xocalı faciəsini ekranlaşdıracaq

Çəkiliş qrupu Bakıdadır

Source:

Çəkiliş qrupu Bakıdadır

Macar rejissorları Qarabağ münaqişəsi haqqında film çəkəcəklər. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) yaydığı məlumata əsasən, Macarıstandan olan çəkiliş qrupu Bakıya səfər edib. Onlar Xocalı faciəsi ilə bağlı keçirilən tədbirdə iştirak ediblər.Tədbirdə BAMF sədri Umud Mirzəyev deyib ki, Rəsmi Bakının Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılması və informasiya müharibəsində respublikamızın mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində gördüyü işlər öz nəticəsini verməkdədir. “Buna misal olaraq “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər, dünyanın müxtəlif ölkələrində gənclərimizin keçirdiyi aksiyalar, aparıcı təşkilatlara, beynəlxalq qurumlara Xocalı müsibətini əks etdirən məlumatların göndərilməsi təqdir olunmalıdır”.

Çəkiliş qrupu Xocalı İcra hakimiyyətinin başçısı ilə də görüşüb. Görüşdən sonra Şəhidlər Xiyabanı və Xocalı qurbanlarının məzarları ziyarət olunub.

Ana səhifəXəbərlərMacarlar Xocalı faciəsini ekranlaşdıracaq