Maas: Almaniya artıq Türkiyəyə silah satmır

Maas Türkiyənin NATO müttəfiqi olmasına baxmayaraq, “Türkiyənin Suriyada müharibəsində etdikləri bizim üçün qəbuledilməzdir”,- deyib.

Source: google.az


“İndi sadəcə dəniz qüvvələrində istifadə edilən avadanlıqları təmin edirik”

Almaniyanın Xarici işlər naziri Hayko (Heiko) Maas Türkiyəyə dəniz donanmasında istifadə edilən vasitə və avadanlıqlardan başqa heç bir silah satışına razılıq vermədiklərini açıqlayıb,- “Deutsche Welle türkçə” xəbər verir.

“Türkiyə artıq Almaniyadan silah ala bilmir”,- “General Anzeiger” qəzeti Maasın belə dediyini yazıb. Maas eyni zamanda bildirib ki, Almaniya Ankaranın çox sayda silah idxal tələbini cavabsız qoyub.

“İndi sadəcə dəniz qüvvələrində istifadə edilən avadanlıqları təmin edirik”,- o deyib.

Maas Türkiyənin NATO müttəfiqi olmasına baxmayaraq, “Türkiyənin Suriyada müharibəsində etdikləri bizim üçün qəbuledilməzdir”,- deyib.

Ana səhifəDünyaMaas: Almaniya artıq Türkiyəyə silah satmır