Məhkəmə Aynur Elgünəşin şikayətini təmin etməyib

Foto Aynur Elgünəşin şəxsi arxivindən

Avqustun 7-də Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Qənbərovanın (Elgünəş ) iti Maksla görüşə bilməməsi ilə bağlı Xətai rayon məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə hakim Zamin İbrahimov sədrlik edib.

Məhkəmə Aynur Qənbərovanın ( Elgünəş ) şikayətini təmin etməyib, Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. 

Aynur Qənbərova (Elgünəş) 2024-cü il dekabrın 6-da “Meydan TV işi”nə görə saxlanılıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Aynur Qənbərova ( Elgünəş ) özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu qeyd edir.

Aynur Elgünəş Avropa Məhkəməsinə müraciət edəcəyini deyib. 

Həbsdə olan jurnalist iti ilə görüşə bilməsi üçün Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova bir neçə dəfə müraciət edib. Cavab ala bilmədiyi üçün məhkəməyə üz tutub. 

Ana səhifəMeydan TV işiMəhkəmə Aynur Elgünəşin şikayətini təmin etməyib