Lüksemburq parlamentində Azərbaycan müzakirəsi

Parlamentdə Azərbaycandakı siyasi məhbus problemi gündəmə gəlib

Source: arxiv
Luksemburq parlamenti
Luksemburq parlamenti


Parlamentdə Azərbaycandakı siyasi məhbus problemi gündəmə gəlib

Lüksemburq deputatlarını Azərbaycandakı siyasi məhbus probleminə diqqət yetirməyə çağırıblar.

Yanvarın 19-da Lüksemburq parlamentində Azərbaycandan olan deputatlarla görüş olub.

“Turan” yazır ki, Amnesty İnternational təşkilatının yerli şöbəsinin nümayəndələri görüş zamanı piket keçirərək öz deputatlarını Azərbaycanda siyasi məhbuslar mövzusuna diqqət yetirməyə çağırıblar.

Lüksemburq parlamentinin sədri Mars Di Boltoromeo görüş zamanı Leyla Yunusun 160 siyasi məhbusdan ibarət siyahısı ilə bağlı suallar verib.

Dekabrın 14-16-da Leyla və Arif Yunuslar Lüksemburq parlamentində bu mövzuda çıxış ediblər.

Ana səhifəXəbərlərLüksemburq parlamentində Azərbaycan müzakirəsi