Lukaşenko referendumdan sonra hakimiyyəti təhvil verməyə hazır olduğunu deyib

Daha sonra işçilərin “get” şüarları altında uzaqlaşıb.

Source: Specify Source


“Dəyişiklikləri referenduma qoyacağıq və konstitusiya səlahiyyətlərimi təhvil verəcəyəm”

Belarus lideri Aleksander Lukaşenko bazar ertəsi günü kütləvi etiraz və tətilləri sakitləşdirmək üçün açıq bir şəkildə referendumdan sonra hakimiyyəti təhvil verməyə hazır olduğunu deyib, – “Reuters” xəbər verir.

Lukaşenko bu təklifi sürgündə olan müxalif siyasətçi Svetlana Tixanovskaya (Sviatlana Tsixanouskaya) ölkəyə rəhbərlik etməyə hazır olduğunu söylədikdən sonra edib. Bundan öncə isə Belarus lideri etirazçıların təzyiqi altında olacağı müddətdə hakimiyyətdən əl çəkməyəcəyini bildirmişdi.

Sovet tipli iqtisadi modelinin örnəyi olan dövlət bazalı sənaye zavodlarının birində çıxış edən Lukaşenko işçilərin “çıx get” şüarları ilə üz-üzə qalıb, – “Reuters” bildirir.

Rusiya Lukaşenkoya xarici təhdid yaranacağı təqdirdə Belarusa hərbi yardım göstərməyə hazır olduğunu deyib. Lukaşenko nümayişçilərə edilmiş qanlı basqıdan sonra Avropa İttifaqının sanksiya təhdidləri ilə üzləşib. Etirazçılar Lukaşenkonun seçkiləri saxtakarlıqla qazandığını bildirsə də, Belarus lideri bu iddiaları rədd edir. O, rəsmi nəticələrə görə səslərin 80 faizini əldə edərək ölkə rəhbərliyinə yenidən seçilib.

Lukaşenko işçilərə deyib ki, prezident seçkiləri yenidən keçirilməyəcək. Müxalifət dəfələrlə bunu tələb etsə də, Lukaşenko bunun yalnız onun ölümündən sonra mümkün olacağını deyib.

O, həmçinin işçilərə konstitusiyaya dəyişiklik təklif edib. “Bu, etirazçılara açıq güzəşt olsa da, çətin ki, onları məmnun etsin”, – “Reuters” bildirib.

“Dəyişiklikləri referenduma qoyacağıq və konstitusiya səlahiyyətlərimi təhvil verəcəyəm. Ancaq təzyiq altında və ya küçəyə görə deyil”,- o deyib.

“Bəli, mən müqəddəs deyiləm. Mənim sərt tərəfimi bilirsiniz. Mən əbədi deyiləm. Ancaq siz ilk prezidenti devirsəniz, qonşu ölkələri və qalanları devirəcəksiniz”.

Litvadan video müraciətində Tixanovskaya təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşlarını tərəf dəyişməyə çağırıb və qeyd edib ki, onlar bunu indi etsələr, əfv ediləcəklər.

“Mən bu müddətdə məsuliyyət götürməyə və ümummilli lider kimi fəaliyyət göstərməyə hazıram",- Tixanovskaya deyib və yeni ədalətli prezident seçkilərinin keçirilməsini təmin edən hüquqi mexanizm yaratmağa çağırıb.

Minlərlə etirazçı Minskdə Lukaşenkonun etiraz edən işçilər qarşısında çıxış etmək üçün helikopterlə uçduğu zavoda yürüş edib.

“Mən hər şeyi dedim. Siz yenidən “get” deyə qışqıra bilərsiniz”.

Daha sonra işçilərin “get” şüarları altında uzaqlaşıb.

Ana səhifəDünyaLukaşenko referendumdan sonra hakimiyyəti təhvil verməyə hazır olduğunu deyib