Buna DÇ-2022-dəki uğursuz nəticə səbəb olub
Futbol üzrə İspaniya milli komandası baş məşqçisi Luis Enrike ilə yollarını ayırıb.
Bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.
İspaniya millisi Qətərdə keçirilən dünya çempionatında mübarizəni 1/8 final mərhələsində dayandırıb. İspanlar penaltilər seriyasında Mərakeş millisinə uduzub.
Enrike 2019-cu ildən İspaniya yığmasının baş məşqçisi idi.
İspaniya millisinin yeni baş məşqçisinin adı da məlum olub. Bu, Luis de la Fuentedir. O daha əvvəl İspaniyanın U-21 yığmasının baş məşqçisi olub.