Bələdçilər Hitrou hava limanında saxlanılıb
Yanvarın 24-də London-Bakı aviareysində gecikmə yaranıb. AZAl-ın yaydığı məlumata görə, səbəb təyyarədəki sərnişinlərdən birinin həddən artıq spirtli içki qəbul etməsidir.
Ancaq bunun müqabilində bələdçilər polislər tərəfindən saxlanılıb.
İçki qəbul edən sərnişinin kimliyini açıqlamayan AZAL-dan APA-ya bildirilib ki, sərnişin ona əlavə spirtli içki verilməsi üçün çoxsaylı tələblərinə təyyarə bələdçiləri narazılıq edib.
Məlumatda deyilir ki, reys yerinə yetirildikdən sonra Hitrou hava limanında London polisinə təyyarə bələdçilərinin aviareysin sərnişininə guya ləyaqətsiz davranışı ilə bağlı şikayət daxil olub. Və bələdçilər hadisə ilə bağlı bütün halların araşdırılması məqsədi ilə Hitrou hava limanı polisi tərəfindən saxlanılıb.
Hazırda sərnişinlər otellərdə yerləşdirilib. London polisinin saxladığı bələdçilərə gəlincə, araşdırmanın davam etdiyi bildirilir.
“Vəziyyət tamamilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nəzarətindədir”,-məlumatda belə deyilir.
Son məlumata əsasən, aviareys başqa bələdçilərlə yerinə yetiriləcək.