Hava şəraiti pisləşəcək
“Mayın 15-17-də ölkə ərazisində hava şəraiti qeyri-stabil və yağıntılı olacaq”, – deyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Qərb rayonlarında leysan yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi bildirilir:
“Dağ rayonlarında sel mümkündür. Havanın temperaturu bir neçə dərəcə enəcək”.
Bakıda və Abşeronda qısamüddətli yağış yağacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gündüz +22 dərəcə olacaq.
Mayın 15-i axşamdan mayın 16-ı gecəyarısınadək leysan yağacağı, şimşək çaxacağı gözlənilir.