Leyla Yunusun həbs müddəti uzadıldı

Source:

Fevralın 18-də Nəsimi Rayon Məhkəməsi həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusun həbs müddətini daha 5 ay uzadılması ilə bağlı qərar çıxarıb. Bu haqda Azadlıq Radiosuna vəkil Elçin Qəmbərov məlumat verib.


Məhkəmə bu qərarı Leyla Yusus haqda seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi təqdimata əsasən çıxarıb.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus ötən il iyulun 30-da 3 aylıq həbs olunub. Oktyabrın 24-də həbs müddəti daha 4 ay uzadılmışdı. Bu il fevralın 28-də həmin müddət başa çatacaqdı.

Leyla Yunus dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunur.

Hüquq müdafiəçisi həbsini siyasi sifariş hesab edir.

Prezident İlham Əliyev isə çıxışlarında dəfələrlə deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur və heç kim siyasi fəaliyyətinə görə həbs olunmayıb.

Ana səhifəXəbərlərLeyla Yunusun həbs müddəti uzadıldı