Leyla Yunusu müdafiə kampaniyasına start verildi

Ümumdünya Qadınlarının inkişaf və bərabərliyi assosiasiyası İlham Əliyevə müraciət etdi

Source:

Ümumdünya Qadınlarının inkişaf və bərabərliyi assosiasiyası İlham Əliyevə müraciət etdi

Ümumdünya Qadınlarının İnkişaf və Bərabərliyi Assosiasiyası  Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusu müdafiə kampaniyasına başlayıb.

Assosiasiyanın proqram meneceri Daniela Fonkatzın Leyla Yunusa göndərdiyi məktubda

http://www.awid.org

saytında onun müdafiəsi üçün ingilis, fransız və ispan dillərində kampaniya aparılacağı bildirilib.

Təşkilat dövlət başçısı İlham Əliyevə də müraciət edib. Müraciətdə Leyla Yunusa və ailəsinə qarşı təzyiqlərin təcili dayandırılmasına çağırış edilir: “Leyla Yunusun müsadirə olunan kompyuteri, mənzil sənədləri, həm də özünün və həyat yoldaşının pasportlarının qaytarılacağına təminat verin. Bundan əlavə, Azərbaycan hüquq müdafiəçilərinə repressiyasız fəaliyyət imkanları yaraılmasına təminat verin”.

Ana səhifəXəbərlərLeyla Yunusu müdafiə kampaniyasına start verildi