Leyla Yunusla bağlı toplantı keçiriləcək

“İctimaiyyət nümayəndələri hakimiyyəti Yunusovlara qarşı təzyiqləri dayandırmağa çağırır”

Source:


“İctimaiyyət nümayəndələri hakimiyyəti Yunusovlara qarşı təzyiqləri dayandırmağa çağırır”

Azərbaycan hakimiyyətini sərt tənqidləri ilə tanınan, insan haqlarının və siyasi məhbusların müdafiəsində ardıcıl və güzəştsiz mövqe sərgiləyən, son günlər Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı boykot çağırışı və İlham Əliyevə məktubu ilə yenidən gündəmə gələn tanınmış hüquq müdafiəçisi Leyla Yunusun həbs edilməsi ölkə ictimaiyyətində və beynəlxalq arenada böyük rezonans doğurub.

Sülh və Demokratiya İnstitutunun rəhbəri olan Leyla Yunusun özü ilə yanaşı onun həyat yoldaşı Arif Yunusa qarşı da ağır ittihamlar irəli sürülüb, ölkədən çıxmamaq iltizamı ilə polis nəzarətinə buraxılıb.

Azərbaycanın vətəndaş cəmiyyəti və nüfuzlu beynəlxalq təşkilatlar Leyla Yunusun həbsinin siyasi motivli sayır və onun dərhal azad olunmasını tələb edən bəyanatla çıxış edir, hakimiyyəti Yunusovlara qarşı təzyiqləri dayandırmağa çağırır.

Avqustun 1-də saat 12-də Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin Leyla Yunusun həbs edilməsi ilə bağlı toplantısı keçiriləcək. Tədbirə QHT təmsilçiləri, ictimai fəallar, siyasi partiyaların və gənclər təşkilatlarının nümayəndələri,  beynəlxalq qurumların və səfirliklərin əməkdaşları dəvət edilir.

Tədbir Sülh və Demokratiya İnstitutunun ofisində – Bakı şəhəri, Nizami küçəsi 63, mənzil 30 ünvanında keçiriləcək.

Ana səhifəXəbərlərLeyla Yunusla bağlı toplantı keçiriləcək