Leyla Yunusa xəsarət yetirilib

Vəkil: O, qorxduğu üçün baş verənləri ictimailəşdirmək istəmirdi

Source:


Vəkil: O, qorxduğu üçün baş verənləri ictimailəşdirmək istəmirdi

Noyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində Leyla və Arif Yunusların birinci instansiya hökmündən ilkin baxış iclası keçirilib. Proses başlayanda vəkillər Azərbaycan Qadınlarının ön Qafqazda İctimai Birliyinin nümayəndəsi kimi çıxış edən Şöhrət Allahmanovun prosesə qatılmasına etiraz etdilər.

Vəkil Elçin Sadıqov buna səbəb kimi cinayət işinin 15-ci cild 37-ci səhifəsində Allahmanovun adın etibarnamə olduğunu dedi: “Etibarnamə Azərbaycan Qadınlarının ön Qafqazda İctimai Birliyi tərəfindən yox, başqa şəxs tərəfindən verilib. Həm də etibarnamə Bakı Ağır Cinayətlər Məhkəməsində iştirak üçün verildiyindən Apellyasiya Məhkəməsində keçərli deyil. Bundan əlavə qismən məhkəmə istintaqının aparılması vəsatətini qaldırdıq., çünki şahidlərin çıxışları təhrif olunmuşdu”.

Vəkillər Yunusların həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatətini qaldırıblar. Amma məhkəmə vəsatətlərti təmin etməyib. Bununla da məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb etmədən məhkəmə baxışı 12 noyabrda davam etdiriləcək.

Elçin Sadıqov Leyla Yunusun proses zamanı boğazındakı və sinəsindəki ləkələri göstərməsini belə izah etdi: “Hüquq müdafiəçisi Bakı İstintaq Təcridxanasında xəsarət aldığını deyir. O, qorxduğu üçün baş verənləri ictimailəşdirmək istəmirdi, amma biz ona qarşı olanlara sakit yanaşmanı qəbul etmədik. Leyla xanım təhlükənin davam etməsindən qorxur. Bununla bağlı Leyla xanımla görüşüb ətraflı şikayət yazmaq istəyirik, bundan sonra mətubata məlumat veriləcək”.

Ana səhifəXəbərlərLeyla Yunusa xəsarət yetirilib