Leyla Yunusa təzyiqlər davam edir

“Nuriyyə Hüseynovadan mənə qarşı işgəncə aləti kimi istifadə edirlər”

Source:


“Nuriyyə Hüseynovadan mənə qarşı işgəncə aləti kimi istifadə edirlər”

1 saylı istintaq təcridxanasında saxlanılan hüquq müdafiəçisi Leyla Yunus yenidən ona qarşı zorakılığa yol verildiyini bildirib.

Leyla Yunus belə deyib: “Oktyabrın 1-də saat 14.20-14.25 radələrində kamera yoldaşım Nuriyyə Hüseynova mənə hücum edib. Mən TV-yə baxırdım, o, birdən-birə qışqıraraq TV-nin səsinin yüksək olduğunu deyib. Baxmayaraq ki, səs yüksək deyildi. O, yerindən sıçradı, vəhşicəsinə qışqırmağa və pis söyüşlər söyməyə başladı. O, mənə böhtan atacağı ilə hədələdi. Mən özümü qapıya tərəf atdım və qapını döydüm. Qapı, demək olar ki, dərhal açıldı. Nəzarətçi Nəzakət Məmmədovadan məni hücumdan qorumağı xahiş etdim. Nəzarətçinin iştirakı N.Hüseynovanı narahat etmədi (!). O, söyməyə davam edərək, televizorun səsini yüksəltdiyimi dedi! Mən israrla N.Məmmədovadan məni qorumağı xahiş etdim!!! 20-25 dəqiqə sonra N.Hüseynovanı və növbə ilə bütün məhbusları nəzarət nümayəndələri ilə söhbətə aparmağa başladılar. Məni də apardılar. Birinin adı Qulu Nuriyev olan iki mayor məndən izahat yazmağımı istədilər. İmtina edərək, bunun N.Hüseynovanın mənə qarşı ilk hücumu olmadığını bildirdim. Birinci hücumdan sonra da belə bir izahat yazmışdım, həm də bədənimdə qançırlar var idi… Lakin N.Hüseynova kamerada qalmağa və mənə psixoloji işgəncə etməyə davam etdi. Bu zaman mənə töhmət verdilər”.

Siyasi məhbus daha sonra əlavə edir ki, oktyabrın 2-də saat 9.20-9.35 arası bu iki mayor kameraya gəldilər: “Onlar çərşənbə günü saat 14.20-də TV-nin səsini həddindən artıq yüksəltdiyim üçün mənə töhmət verdilər. Beləliklə, N.Hüseynovadan mənə qarşı işgəncə aləti kimi istifadə etməyə davam edirlər. Sağlamlığıma ciddi ziyan dəyir”.

contact.az

Ana səhifəXəbərlərLeyla Yunusa təzyiqlər davam edir