“Hətta ən dəhşətli gecədən sonra da səhər açılır”
İyulun 30-da həbs olunan hüquq müdafiəçisi Leyla Yunus avqustun 7-də NİDA-çı Rəşadət Axundovu 30 yaşı münasibəti ilə təbrik edib.
“Əziz Rəşadət. Ad günün mübarək!
Biz Sizinlə bəlkə də həyatımızın ən ağır dövrünü yaşayırıq. Bilmirəm, bu dövrdən sağ çıxa biləcəmmi…
Həyat yoldaşım Arifi bu gün MTN təcridxanasına aparıblar. Amma ürəkdən arzulayıram, çox istəyirəm ki, Siz Rəşadət, sizin uşaqlar uzun illərdən sonra öz övladlarınıza onların xoşbəxtliyi naminə bizim nələrdən keçdiklərimizi danışasınız. Hətta ən dəhşətli gecədən sonra da səhər açılır. İşıqlı sabaha qədər”.
Rəşadət Axundov mayın 6-da Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə 8 il azadlıqdan məhrum olunub.