Hüquq müdafiəçisi Leyla Yunus Sülh və Demokratiya İnstitututnun nəzdində Repressiyaya qarşı Mübarizə Mərkəzinin yarandığını elan edir. Xanım Yunus bundan sonra müdafiə taktikasını dəyişəcəyini deyir
11 iyunda Helsinkdə Azərbaycanda insan hüquqları mövzusunda növbədənkənar iclas keçiriləcək. Leyla Yunus iclasda jurnalistlərə, bloggerlərə, vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvlərinə qarşı təzyiqlərlə bağlı sənəd göndərib. Xanım Avropa Şurasının iclasında da Avropa Məhkəməsinin Azərbaycanda yerinə yetirilməyən qərarları barədə danışacağını bildirib.