Leyla Yunus MTN-in təcridxanasına köçürülüb

Kürdəxanı İstintaq Təcridxanasında 2,5 ay qalıb və müntəzən olaraq özünə qarşı psixoloji və fiziki təzyıqlərdən şikayətlənib

Source:


Kürdəxanı İstintaq Təcridxanasında 2,5 ay qalıb və müntəzən olaraq özünə qarşı psixoloji və fiziki təzyıqlərdən şikayətlənib

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Kürdəxanı İstintaq Təcridxanasından Milli Təhlükəsizlik Nazirliyinin 1 saylı İstintaq Təcridxanasına köçürülüb.

SDİ-nin eksperti Azad İsazadə “Turan İA”-a bildirib ki, oktyabrın 20-də səhər L.Yunusa bağlama vermək üçün Kürdəxanı İstintaq Təcridxanasına gedib, lakin administrasiya bildirib ki, o, MTN təcridxanasına köçürülüb.

L.Yunus Kürdəxanı İstintaq Təcridxanasında 2,5 ay qalıb və müntəzən olaraq özünə qarşı psixoloji və fiziki təzyıqlərdən şikayətlənib.

L.Yunusun həyat yoldaşı Arif Yunus avqustun əvvəlindən MTN təcridxanasında saxlanılır. Onlrın hər ikisi vətənə xəyanətdə ittiham olunurlar.  Beynəlxaq birlik onları siyasi məhbus hesab edir.

Ana səhifəXəbərlərLeyla Yunus MTN-in təcridxanasına köçürülüb