Leyla Yunus Kürdəxanıya qaytarıldı

Hüquq nüdafiəçisi istintaq hərəkətlərinin həyata keçirilməsi üçün müvəqqəti olaraq MTN-in təcridxanasına köçürülmüşdü

Source:

Hüquq nüdafiəçisi istintaq hərəkətlərinin həyata keçirilməsi üçün müvəqqəti olaraq MTN-in təcridxanasına köçürülmüşdü

Həbsdə olan hüquq müdafiəçisi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından Bakı İstintaq Təcridxanasına qaytarılıb.

Məlumatı Azadlıq Radiosuna vəkil Xalid Bağırov verib.

Vəkilin sözlərinə görə, Leyla Yunus istintaq hərəkətlərinin həyata keçirilməsi üçün müvəqqəti olaraq MTN-in təcridxanasına köçürülmüşdü. Oktyabrın 22-də vəkil Cavad Cavadov onunla görüşmək üçün MTN-ə gedib. Ona bildiriblər ki, Leyla xanım artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb.

Leyla Yunus iyulun 30-da həbs edilib. Həyat yoldaşı, Sülh və Demokratiya İnstitutunun eksperti, konfliktoloq Arif Yunus isə avqustun 5-də saxlanılıb və MTN-in təcridxanasında saxlanılır.

Onlar dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunurlar. Hər iki şəxsin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Ana səhifəXəbərlərLeyla Yunus Kürdəxanıya qaytarıldı