Son üç gündə içtima-siyasi diqqət Sülh və Demokratiya İnstitutunun sədri, tanınmış hüquqşünas Leyla Yunus ətrafında cərəyan edən proseslərə yönəlib. Hüquq müdafiəçisinin Hava Limanında saxlanılması, ardınca ofisində və mənzilində axtarış aparılması, prokurorluqda dindirilməsi yerli və beynəlxalq təşkilalarda etirazla qarşılanıb. Leyla Yunus özünə qarşı bu münasibəti bir başa prezident İlham Əliyevdən sifariş olduğunu bildirir. Hüquq müdafiəçisi ilə daha ətraflı söhbəti diqqətinizə çatdırırıq.