Leyla Yunus həbsdəki NİDA-çılara məktub yazdı

Qoy, köməksizləri əzən və onları təhqir edənlər, Əliyev rejiminin bu nökərlərini tərbiyə edən valideynlər utansın!

Source:

Qoy, köməksizləri əzən və onları təhqir edənlər, Əliyev rejiminin bu nökərlərini tərbiyə edən valideynlər utansın!

Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus həbsə olan NİDA-çılara məktub ünvanlayıb.

Məktub “Əziz Rəşadət, Məmməd, Zaur, Rəşad, Uzeyir, Şahin, İlkin, Ömər, Əbdul! Bilmirəm bu məktub Sizə çatacaq ya yox, ancaq çoxdandır Sizə çox sağ ol demək istəyirdim! Çox sağ olun ki, Siz varsınız – belə güclü, cəsarətli, vicdanlı və olduqca gözəlsiniz!” cümlələri ilə başlayır.

Leyla Yunus bildirir: “Bu gün bunu heç də hamı dərk etmir, ancaq məhz gənc və güclü olan Sizlər XXI əsr Azərbaycanın tarixini yazırsınız. Ata və oğul Əliyevlərin minlərlə plakatları, Heydər Əliyevin yüzlər heykəlləri deyil, məhz Sizlər – Azərbaycanı insanları qula çevirən işğalçı, kriminal Əliyev rejimindən azad etmək uğrunda mübarizə aparanlar ölkənin tarixində qalacaqsınız.  Spartakı, Babəki, Robespyeri, Soljenitsini, Nelson Mandelanı yadda saxlayıblar. Ancaq yalnız tarixçilərin bu qəhrəmanların kimlərə qarşı mübarizə apardığını xatırlayır.

Sizə münasiətdə olduqca sərt hökmlər hakimiyyətin Sizin cəsarətiniz və vətəndaş mövqeyiniz qarşısında dəhşətli qorxusunu aydın nümayiş etdirir. Nəyə görə hakimiyyətdə olanlar gənclərin açıq etirazlarından, Sizin fəallağınızdan qorxdu? Onlar kor deyil. Onlar xalqın rejimə qarşı nifrətində yaxşı xəbərdardılar. Onlar korrupsiyalaşmış «çiçəklənən» Azərbaycanda tam hüquqsuz qul kimi yaşayan vətəndaşların hansı ağrı və acı keçirdiyi anlayır.

Sözsüz ki, İ.Əliyev dünya birliyi ilə – Rusiya, İran, Türkiyə ilə razılığa gəlir. Ukraynada Avropa və ABŞ-ın Rusiya ilə sərt qarşıdurma dövründə İ.Əliyev hesab etdi ki, ona müxalifət partiyalarını, müstəqil KİV-i, vətəndaş cəmiyyəti institutlarını tamamilə məhv etmək üçün imkan verilir. Fərqli düşünənlərə qarşı iri miqyaslı hücuma keçən rejim iki variant təklif edir: ya əyilin, ya da repressiyaya uğrayacaqsınız. Tiranların çoxəsrli tarixində dəfələrlə təkrarlanan situasiyadır”.

Hüquq müdafiəçisi rus musiqiçi və şairi Makareviçin “Dəyişkən dünyaya əyilməyin…” mahnısını xatırladaraq daha sonra yazır ki, çox az adam duruş gətirir və əyilmir: “Özü də çox vaxt kamerada, işgəncə altında, uzun müddət həbs alanda yox, sadəcə komfort şəraitə təhlükə hiss edəndə, kömək təklifi alanda – “simalarını” hətta mövqelərini saxlamaq, ancaq daha konstruktiv olmaq, dialoqa və hakimiyyətlə əməkdaşlığa, siyasi məhbus problemi (siyasi məhbusların mövcudluğu prezident dəfələrlə inkar edib) ilə bağlı birgə komitələrin yaradılmasına, vahid və real (yəni azsaylı) siyasi məhbus siyahılarının hazırlanmasına razılıq verəndə əyilirlər.

Ətrafda belə əyilmiş belləri, oynayan gözləri görəndə Sizin başınızı uca tutmaqla sarsılmaz mövqeyiniz və haqlı olmağınıza əmin baxışınız qürur hissi doğurur.

Sizin valideynləriniz, analarınız gözəl oğullar böyüdüblər! Total yaltaqlıq şəraitində onlar vicdanlı və ləyaqətli adam tərbiyə ediblər.

Siz elə bir cəsarət və mənəvi güc göstərdiniz, rejimi elə bir panikaya saldınız ki, onlar sərt hökm çıxarandan sonra da cavan uşaqlara təzyiq etməkdə davam edir. Onlar cəmiyyətə, gənclərə «əyilmək» nümunəsini nümayiş etdirməklə göstərmək istəyir ki, kameraya salınmış gəncə də tiranın şərəfinə mahnı oxutdura bilərlər”.

Leyla Yunus məktubu aşağıdakı  fikirlərlə bitirir:

“Tiraniya və diktatura tarixləri belə məcburiyyətlərlə boldur. İşgəncəyə dözməyən uşaqlara, valideynlərin göz yaşlarına görə utanmaq lazım deyil. Qoy, köməksizləri əzən və onları təhqir edənlər, Əliyev rejiminin bu nökərlərini tərbiyə edən valideynlər utansın. Axı bu insanlıqdan məhrum olanların da valideynləri, ailəsi, uşaqları var…

Təxminən iki yüz il əvvəl deyilib:

Yoldaş, inan mənə, deyirəm sənə

Bir gün səadətin cazib ulduzu

Doğacaq, Vətənim ayılacaqdır!

Onda mütləqiyyət xərabəsinin

Üstündə adınız yazılacaqdır”.

Ana səhifəXəbərlərLeyla Yunus həbsdəki NİDA-çılara məktub yazdı