Leyla Şıxlinskayanı aldatmaqda təqsirləndirilən qadına hökm oxundu

Gülşən Məmmədova aktrisanın 30 min manatlıq üzüyünü mənimsəməkdə ittiham olunur

Source:


Gülşən Məmmədova aktrisanın 30 min manatlıq üzüyünü mənimsəməkdə ittiham olunur

Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Şıxlinskaya klinikasının rəhbəri, aktrisa Leyla Şıxlinskayaya qarşı dələduzluqda təqsirləndirilən Gülşən Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, iclasda hökm elan edilib. Hökmə əsasən, o, şərti cəza alıb.

G.Məmmədova Leyla Şıxlinskaya ilə rəfiqə olub. İttihama görə, o, L.Şıxlinskayanın qiyməti 30 min manat olan brilliant üzüyünü satmaq adı ilə alaraq lombarda qoyub, pul götürüb və pulu qaytarmayıb.

G.Məmmədova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib. Onun barəsində istintaq və məhkəmə dövründə həbs-qətimkan tədbiri seçilməyi

Ana səhifəXəbərlərLeyla Şıxlinskayanı aldatmaqda təqsirləndirilən qadına hökm oxundu