Leyla Əliyevanın çoxmilyonluq bağı aşkara çıxarıldı

Xanım Əliyevanın əldə etdiyi torpaq sahəsi 7,660 kvadrat metri (təqribən 2 akrı) əhatə etməklə yanaşı, şam ağacları ilə əhatə olunub və yaxınlığında kiçik bir gölü var.

Source:


Xanım Əliyevanın əldə etdiyi torpaq sahəsi 7,660 kvadrat metri (təqribən 2 akrı) əhatə etməklə yanaşı, şam ağacları ilə əhatə olunub və yaxınlığında kiçik bir gölü var.

Moskvadan 7 kilometr qərbdə yerləşən Rublyevo-Uspenskoye yolu boyunca hündürlüyü 3 metr olan yaşıl metal hasar şam ağacı meşəsinin arasından keçir. Hasarın arxasında  Forbes milyonçuları, Dövlət Dumasının deputatları və digər yüksək vəzifəli dövlət rəsmilərindən ibarət gizli və eksklüziv icmanın evinə çevrilmiş Rublyovkanın bir güşəsi- Mayendorf Bağları yerləşir.

Ev sahiblərindən biri müxtəlif yerlərdə yaşı 30-31 kimi qeyd olunan prezidentin böyük qızı, Leyla Əliyevadır. Həmin ərazidə mülklərin orta hesabla dəyəri 37 million ABŞ dolları civarında olduğunu nəzərə alaraq, ekspertlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsinə (OCCRP) verdikləri rəylərinə əsasən, Leyla Əliyevanın əmlakının qiyməti on milyonlar dolları civarında olduğu ehtimal olunur.

OCCRP birinci ailənin sərvətinin dəyərini müəyyənləşdirməyə çalışdı. İlham Əliyev həyatının böyük qismini dövlət rəsmisi kimi keçirməsinə baxmayaraq,  qeyd olunan bağ evi Əliyevlərin dünyanın müxtəlif yerlərində sahib olduqları lüks mülklərdən yalnız biridir.


Nəzakətsiz insanlar

Prezident Vladimir Putin hər gün igamətgahından Kreml ofisinə getdikdə qüsursuz saxlanılan Rublyevo-Uspenskoye magistral yolundan keçir.

Putin yolda olarkən digər sürücülər yavaş sürməlidirlər ki, o,  qara mühafizə korteji ilə sürətlə şütüyüb keçsin.

Prezident olmayanlar güclü tıxacda qalıb, səbr etmək məcburiyyətində olurlar. Belə tıxaclar adətən irəliyə keçmək istəyən qara “Mersedes” və ya ağ “Lexsus” markalı avtomobillərin siqnalı altında müşayiət olunur. Bu cür hallarda səbrsizlənən sürücülər narazılıqlarını şifahi şəkildə qeyd edirlər.

Mayendorf Bağlarına səfəri zamanı OCCRP-nin müxbiri bir çox xoşa gəmləz kəlimələrə tuş gəlmişdir. Onlardan, senzuradan keçənləri arasında “səfeh”, “axmaq” və

“pislik” kimi təhqirləri misal çəkmək olar.


Siz burada artıqsınız

Mayendorf Bağları 2001-ci ilədək dövlətin əmlakında olan keçmiş Sovet kurortu Barixvanın yerində inşa edilib. Daşınmaz əmlak agentlərinin dediklərinə əsasən, qapalı icmanın landşaftı göllərdən, təpələrdən və Alp dağlarını xatırladan mənzərədən ibarətdir.

Adı gedən mülk Putinin rəsmi görüşlər üçün istifadə etdiyi bərpa olunan ailə əmlakı- Chateau Mayendorfdan bir neçə dəqiqə aralıdadır. Putinin rəsmi igamətgahı Novo-Ogaryovo da ərazinin adını daşıyan Mayendorf Chateaudan avtomobillə bir neçə dəqiqəlik məsafədə olduğundan çox rahat, əlverişli yerdə yerləşib.

OCCRP-nin əldə etdiyi sənədlərə görə, Leyla Əliyeva qapalı, lüks icmada həmin igamətgahı 2006-cı ilin mayında, Emin Ağalarovla ailə həyatı qurduqdan sonra əldə edib. Qeyd edək ki, Emin Ağalarov Rusiya pop müğənnisi və Azərbaycan mənşəli iş adamıdır. Cütlük bu ilin mayında boşanmaları haqqında məlumat yayıblar.

Barvixa adlanan bu ərazi Sovet elitası (Stalindən başlayaraq) arasında məşhur olmasına baxmayaraq, 21-ci əsrin əvvəllərindən etibarən Rublevka kimi tanınan Rublyevo-Uspenskoye yolu boyu yerləşən bölgədə yeni eksklüziv tikililər inşa edilməyə başladı.

Burada belə tikililər çoxdu, məsələn, Jukovka, Barvixa, Qorki kimi. Bu il, faktiki olaraq, Barvixada yerləşən igamətgahlardan biri dünyanın ən bahalı icarəyə verilən 15 tikililəri siyahısına daxil olub. Rublevka Rusiya vətəndaşları üçün sərvət və elitism, xüsusi bir növ elitism simvoluna çevrilib. İnsanlar düşünürlər ki, bu dərəcə bahalı əmlakı heç bir qazanc sayəsində əldə etmək mümkün deyil. Qeyd edək ki, 3 metrlik hasarların mövcudluğu belə özü-özlüyündə bu düşüncələri təsdiqləyir kimi görünür.


Heç nə israf qədər müvəffəqiyyət qazandırmır

Əvvəllər sadə vətəndaşlar hasarların altından olsa belə içəri keçməyə cəhd edirdilər, Rublyovka haqqında kitablar yazılır, filmlər çəkilirdi. Lakin zaman keçdikcə, insanlar bu cür lüks yaşayışın mövcudluğuna öyrəşdi və hazırda çox az adam buradakı evlərin dəyərinin 10 milyonlarla ölçüldüyünə təəccüb edir.

Varlı insanlar indi əmlaklarını Cote d’Azur və ya Mayamidə almağı üstün tutduqları üçün Rublevka demək olar ki, elitarlıq səviyyəsini itirməkdə davam edir. Daşınmaz əmlak məsləhətçi Natalya Orekhova deyir ki,  “Evlərin çoxu uzun illərdir boş qalmaqdadır: Bəzilərinin sahibləri boşanıb, digərləri xaricə köçüb. Rublevkada son vaxtlar satış çox da yaxşı deyil. Lakin qiymətlər bu günə qədər hələ də aşağı düşməyib”.

Xanım Əliyevanın əldə etdiyi torpaq sahəsi 7,660 kvadrat metri (təqribən 2 akrı) əhatə etməklə yanaşı, şam ağacları ilə əhatə olunub və yaxınlığında kiçik bir gölü var. Dəvətsiz xanım Əliyevanın evinə nəzər salmaq belə demək olar ki, mümkün deyil. Ona görə ki, məxfilik icma üzvləri arasında çox qiymətləndirilir.

Məxfilik perimetri evlərdən çox-çox uzaqda başlayır. Mühafizə keçid məntəqəsindən biz yalnız meşəyə gedən dümdüz asfalt yolunu görə bildik. Sərhədi icazəsiz keçənlər mühafizə işçiləri ilə qarşılaşanadək cəmi bir neçə addım irəli keçə bilirlər.

Mühafizəçilərdən birinin dediyinə əsasən, burada şəkil çəkmək belə qadağan olunub. “Siz hətta dəvət olunmuş qonaq olsanız belə, qonşulardan kimsə sizin ətrafı çəkdiyinizi xəbərdarlıq etsə, biz telefonunuzu yoxlayıb orada ərazinin şəkillərinin olub-olmadığına baxmalıyıq. Belə şəkillər aşkar olunarsa, onları dərhal silirik” – mühafizəçi deyir.

Bəzi detallar sənədlərdən əldə edilə bilər. Xanım Əliyevanın əmlakına iki bina daxildir- 577 kvadratmetrlik böyük yaşayış evi və ondan da böyük 581 kvadratmetrlik fligel. Saytların əksəriyyətinin 21-ci əsrin əvvəllərində əldə edildiyinə görə, əmlakın əsl dəyərini təxmin etmək çox çətindir.

Halbuki, xanım Əliyevanın qonşularından biri olan Ruslan Baysarov (Forbes jurnalının Rusiya nəşri tərəfindən tərtib olunan ən zəngin ruslar siyahısında 103-cü sıradadır) təxminən iki il əvvəl əmlakını 40 milyon ABŞ dolları civarında girov qoymuşdur.

Rielterlərin web səhifələrində aşkar olunan daşınmaz əmlak elanlarından bəlli olur ki, ətrafdakı igamətgahların dəyəri hardasa 19 milyon ABŞ dollarından 73 milyon ABŞ dolları civarınadək dəyişir.


Güclü Qonşular

Baysarovdan savayı (Çeçenistan prezidenti Ramzan Kadırov onun yaxın dostudur) xanım Əliyevanın qonşuları siyahısına Aleksey Boqdançikov, Rusiyanın ən böyük neft şirkəti olan Rosneftin keçmiş prezidentinin oğlu; metallar maqnatı Vladimir Lisin, Forbes siyahısında 8-ci sıradadır; bankir Olga Belyavtseva (Forbes “Ən varlı qadınlar” siyahısında 2-ci yeri tutur) və bir neçə Dövlət Dumasının deputatları daxildir.

2014-ci ildə bir neçə KİV nümayəndəsi keçmiş Ukrayna prezidenti Viktor Yanukoviçin Mayendorf Bağlarında əmlak aldığı haqqında məlumat yayıblar. OCCRP icmaya aid bütün torpaq sahələrinin sənədləri əldə etmişdir, lakin nə Yanukoviçin, nə də onun tərəfdaşlarının adları hər hansı əmlakın sahibi kimi çəkilməmişdir.

Lakin, qeyd etmək lazımdır ki, bəzi sahiblər adlarının gizli qalması üçün əllərindən gələni edirlər. Burada bir neçə əmlakın  sahibi kimi ya Britaniyanın Vircin Adaları, ya da  Panamada yerləşən offşor şirkətləri qeydə alınır.

Ana səhifəAraşdırmaLeyla Əliyevanın çoxmilyonluq bağı aşkara çıxarıldı