O, Azərbaycanı Fransada təmsil edəcək
Leyla Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu barədə Prezident İlham Əliyev oktyabrın 17-də sərəncam imzalayıb.
Bu günə qədər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəhbəri olan Leyla Abdullayeva 1981-ci ildə Bakıda anadan olub.
Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində təhsil alan L.Abdullayeva 2002-ci ildən Xarici İşlər Nazirliyində çalışır.
Leyla Abdullayeva 2018-ci ildə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.
O, 2018-ci ilin oktyabrında nazirliyin Mətbuat İdarəsinin rəhbəri təyin edilib.
Leyla Abdullayeva ailəlidir və iki övladı var.
Həyat yoldaşı Hüseyn Hüseynov Azərbaycanın Bolqarıstandaki səfiridir.