Lətif Hüseynov Avropa Məhkəməsinə hakim seçilib

Seçimin nəticələri AŞPA-nın payız sessiyasında səsverməyə qoyulacaq

Source:
Lətif Hüseynov foto APA
Lətif Hüseynov foto APA
Lətif Hüseynov foto APA
Lətif Hüseynov foto APA


Seçimin nəticələri AŞPA-nın payız sessiyasında səsverməyə qoyulacaq

Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsində (AHİM) təmsil edəcək namizədlər arasında ən çox səsi hakim Lətif Hüseynov toplayıb. Bu haqda APA məlumat verib.

Sentyabrın 29-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) AHİM-ə Hakimlərin Seçilməsi Komitəsinin iclası keçirilib.

Azərbaycanın Avropa Şurasındakı səfiri Emin Eyyubov AŞPA-nın baş katibi Voytsex Savitskiyə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abıyeva, Konstitusiya Məhkəməsinin hakimi Lətif Hüseynov və  Avropa İnsan Hüquqları Məhkəməsində iş təcrübəsi olan hüquqşünas Rövşən İsmayılovun namizədliyinin Azərbaycan hökuməti tərəfindən təsdiqlənməsi barədə məktub göndərib.

Namizədlər arasında ən yüksək səs çoxluğunu L.Hüseynov qazanıb.

Bundan əvvəl 2 dəfə – ötən il iyunun 15-də və bu il yanvarın 24-də AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarmışdı.

AŞPA-ya göndərilən ilk siyahıda Prezident Administrasiyasının İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Aygün Abdullayevanın və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Vüsalə Baxışovanın adları var idi.

Azərbaycan bu ilin yanvarında ikinci dəfə təqdim etdiyi siyahıda Çingiz Əsgərovla yanaşı Bakı Apellyasiya Məhkəməsinin hakimləri Sənan Hacıyev və Elşanə Vəliyevanın hakimliyə namizədliyi təklif edilirdi.

AŞPA-nın payız sessiyası çərçivəsində oktyabrın 11-12-də hakimin seçilməsi ilə bağlı səsvermənin keçirilməsi gözlənilir.

Ana səhifəXəbərlərLətif Hüseynov Avropa Məhkəməsinə hakim seçilib