Lerikin kəndləri işıqsız qalıb

”Hazırda 50-dən çox kənddə işıq yoxdur”

Source:
foto report.az
foto report.az


”Hazırda 50-dən çox kənddə işıq yoxdur”

Dekabrın 2-də güclü külək Lerik rayonunun kəndlərini işıqsız qoyub.

Report yazır ki, günorta saatlarından başlayan, yağış və sulu qarla müşayiət olunan güclü külək axşama doğru daha da şiddətlənib, hazırda davam edir.

Xəbərdə qeyd edilir ki, Şinqədulan xəttində 4 dayaq aşdığından bu istiqamətdə olan 40-dan çox kənd günorta saatlarından işıqsız qalıb.

Gün ərzində ərazidə təmir-bərpa işləri aparılsa da, hələlik, problem həllini tapmayıb.

Lerik Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, hazırda rayon mərkəzinə də elektrik enerjisinin verilişi dayandırılıb.

“Bundan başqa, rayonun Zuvand ərazisindəki kəndlərdə də elektrik enerjisi kəsilib. İlkin məlumata görə, hazırda 50-dən çox kənddə işıq yoxdur. Digər fəsadlar barədə, hələlik, məlumat daxil olmayıb”.

Lerik rayon Elektrik Şəbəkəsindən isə təhlükəsizlik tədbirləri səbəbindən elektrik enerjisinin verilişinin dayandırıldığı qeyd edilib.

Ana səhifəXəbərlərLerikin kəndləri işıqsız qalıb