Lerikin bəzi kəndləri işıqsız qalıb

Lerik rayonunun yüksək dağlıq hissəsi olan Orand ərazisinə 80 sm qar düşdüyü bildirilir

Source:
foto report.az
foto report.az


Lerik rayonunun yüksək dağlıq hissəsi olan Orand ərazisinə 80 sm qar düşdüyü bildirilir

Lerik rayonuna qar yağması özü ilə problemlər də gətirib. “Report” yazır ki, oktyabrın 25-dən 26-na keçən gecə Lerikdə güclü külək və qarın yağması nəticəsində ağaclar aşıb, elektrik, rabitə xətləri sıradan çıxıb.

Xəbərə görə, gecə saatlarından etibarən Cəngəmiran kəndində elektrik dirəklərinin aşması və naqillərin qırılması ilə qonşu kəndlərin də bir neçəsi işıqsız qalıb.

Lerik rayonunun yüksək dağlıq hissəsi olan Orand ərazisinə 80 sm qar düşdüyü bildirilir. Həmin ərazidə də işıqların söndüyü qeyd edilir.

Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyanın sədri Habil Məlikov yaranmış vəziyyətlə bağlı tədbirlərin görüldüyünü bildirib.

Ana səhifəXəbərlərLerikin bəzi kəndləri işıqsız qalıb