Lerikdə partlayış: ölən və yaralananlar var

”Hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyi güman edilir”

Source:


”Hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyi güman edilir”

İyulun 27-si Lerikin broyler fabrikində partlayış olub.

Lerik rayon İcra Hakimiyyətinin Piran ərazi nümayəndəsi Rizvan Əsədov bildirib ki, partlayış nəticəsində azı iki nəfər yaralanıb, bir nəfər ölüb:

“Lerik sakini Valeh Məmmədov ölüb. Digər iki nəfər xəstəxanaya yerləşdirilib. Hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyi güman edilir”.

“Xəsarət alanlar Mehman Əliyev və Akif Aslanov Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər”, – icra nümayəndəsi Azadlıq Radiosuna bildirib.

Partlayış Lerik rayonun Piran kəndindəki broyler fabrikinin kəsim sexində olub. Hadisənin qaz sızmasından baş verdiyi güman edilir.

Ana səhifəXəbərlərLerikdə partlayış: ölən və yaralananlar var