”Gün sonunadək enerjinin verilməsi bərpa ediləcək”
Güclü küləyin Lerik rayonunu bütünlükdə, Lənkəran rayonunun isə bir neçə kəndini işıqsız qoyduğu bildirilir.
“Report” yazır ki, dekabrın 13-dən başlayaraq əsən güclü külək rayonun elektrik təsərrüfatına ciddi ziyan vurub.
Elektrik xətlərində yaranan açılmalar səbəbi ilə Lerik rayonunun bütün kəndlərində və mərkəzdə elektrik enerjisinin verilişi dayandırılıb.
Xəbərdə qeyd edilir ki, Lənkəran-Hamarat-Lerik xəttində açılmalar olduğundan Lənkəranın rayonunun da bir neçə kəndində elektrik enerjisi kəsilib.
Rayon ərazisində küləyin davam etdiyi bildirilir.
Lerik Rayon İcra Hakimiyyətinin baş memarı Əflatun İbrahimov Meydan TV-yə bildirib ki, hazırda xəttlərdə bərpa işləri gedir. İşə nəzarəti icra hakimiyyəti həyata keçirir:
“Artıq işıq idarəsinin işçiləri tərəfindən qırılan xəttlər müəyyən edilib. Təmir işləri sürətlə aparılır. Bu gedişlə axşamadək işığın verilməsi bərpa ediləcək”.