Hər iki siyasi fəal İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmaqda, qanunsuz aksiya təşkil etməkdə günahlandırılırlar
Yanvarın 12-də Lənkəranda həbs olunan Müsavat Partiyası Lənkəran rayon təşkilatının sədri İman Əliyevə 30 sutka həbs verilib. Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.
Həmin gün həbs olunan AXCP Lənkəran şöbəsinin sədri Nazim Həsənov da 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Hər iki siyasi fəal İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmaqda, qanunsuz aksiya təşkil etməkdə günahlandırılırlar.