Lənkəranda leysan yağdı, həyətləri su basdı

Şəhərdə və kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb

Source:

Axşam saatlarından etibarən hava şəraitinin kəskin dəyişməsi Lənkəranda leysan yağışla müşayiət əvəz olub. “Report”un məlumatına görə, bir neçə saat aramsız davam edən yağıntı nəticəsində nisbətən çökək ərazilərdə yolları və həyətlərı su basıb. Qısa müddət ərzində bəzi həyətlərə suyun səviyyəsi 30-40 sm-ə çatıb. Bir neçə yerdə çinar ağacları yola aşıb. Şəhərdə və kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bəzi transformatorlarda qəzalar baş verib.

Yağıntı davam edir.

Ana səhifəXəbərlərLənkəranda leysan yağdı, həyətləri su basdı