“Lənkəranda evlərə zəng vurub, namizədə imza verməməyi tapşırırlar”

Lənkəranda seçkilərdə iştirak üçün imza toplayırsansa, getdiyin evlərə səndən əvvəl sorağın çatır.

Source: Meydan TV
“Lənkəranda evlərə zəng vurub, namizədə imza verməməyi tapşırırlar”

Lənkəranda seçkilərdə iştirak üçün imza toplayırsansa, getdiyin evlərə səndən əvvəl sorağın çatır. Bu bölgədə seçkiyə hazırlaşanlar təqib olunduqlarını deyirlər.

Parlament seçkilərində iştirak etmək istəyən hər iki şəxs bənzər çətinliklər yaşayıb. Hüquqşünas Xalid Bağırov 76 saylı Astara-Lənkəran seçki dairəsi, siyasi elmlər üzrə magistr Baba Məmmədli isə 73 saylı Lənkəran şəhər seçki dairəsindən namizədliyin irəli sürüb. Müvafiq yerlər üzrə hazırki deputatlar Ziyafət Əsgərov və Rüfət Quliyev də yenidən namizəddir.

Baş verənlərdə kənd icra nümayəndələrinin adı çəkilir. Təzyiqlərin yerli İcra Hakimiyyəti səviyyəsində olduğu deyilir. Lənkəran şəhər İcra Hakimiyyətindən isə məsələ ilə bağlı suallarımıza cavab ala bilmədik.

Növbədənkənar parlament seçkiləri 9 fevralda keçiriləcək.

Ana səhifəReportaj“Lənkəranda evlərə zəng vurub, namizədə imza verməməyi tapşırırlar”