Lamiyə Quliyeva öz istəyi ilə dünyaya uşaq gətirdiyini deyir

Cəza çəkən məhbus vəziyyətindən razılıq edib

Source:


Cəza çəkən məhbus vəziyyətindən razılıq edib

Ombudsmanın nümayəndələri Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Lamiyə Quliyeva və digər məhkum qadınlarla konfidensial qaydada görüşlər keçiriblər. Bu barədə ombudsmanın mətbuat xidməti məlumat verib.

Qadınlar saxlanma şəraitindən və cəzaçəkmə müəssisəsi heyətinin onlarla davranışından şikayət etməyiblər.

L.Quliyeva ötən ilin oktyabrında uşağının dünyaya gəlməsi bağlı bəzi məsələlərə  aydınlıq gətirib. O bildirib ki, “heç kim tərəfindən zorakılığa məruz qalmayıb, bu, onun öz istəyi ilə olub”.

O, özünün və uşağın vəziyyətindən şikayətlənməyib. L.Quliyeva standartlara uyğun olaraq ana və uşaq otağında saxlanılır.

Hazırda Penitensiar Xidmət məsələ ilə bağlı araşdırma aparır.

Cəzaçəkmə müəssisəsində qadınlar yalnız öz doğmaları  – valideynlər, bacı-qardaş, uşaq, həyat yoldaşı ilə uzun müddətə görüş ala bilər. Məlum olduğu ki, L.Quliyeva evli deyil. Odur ki, uşağın doğulması bəziləri tərəfindən cəzaçəkmə müəssisəsi heyətinin ona qarşı zorakılığı kimi qəbul edilib.

Lakin əgər zorakılq olmayıbsa, uşağın atasının kimliyindən  – müəssisə əməkdaşı və ya onun yanına qanuzsuz yolla gəlmiş adam olmasından asılı olmayaraq, məhbusların saxlanma rejiminin pozulması məsələsi ortaya çıxır.

L.Quliyeva keçmiş sevgilisi, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının oğlunun ölümündə iştiraka görə 10 il həbs cəzası alıb.

Ana səhifəXəbərlərLamiyə Quliyeva öz istəyi ilə dünyaya uşaq gətirdiyini deyir