KXCP Əli Həsənovla Siyavuş Novruzovu qurultaya dəvət etdi

Qurultaya Azərbaycanda fəaliyyət göstərən digər müxalif partiyaların sədrləri ilə yanaşı, Türkiyədən də siyasətçilər dəvət edilib

Source:


Qurultaya Azərbaycanda fəaliyyət göstərən digər müxalif partiyaların sədrləri ilə yanaşı, Türkiyədən də siyasətçilər dəvət edilib

Avqustun 1-də Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) III qurultayı keçiriləcək.

APA-nın məlumatına görə, partiyanın təşkilat komitəsi tərəfindən qurultaya qonaq qismində iştirak etmək üçün Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov və Ədliyyə Nazirliyinin rəsmiləri dəvət olunub.

Qurultaya Azərbaycanda fəaliyyət göstərən digər müxalif partiyaların sədrləri ilə yanaşı, Türkiyədən də siyasətçilər dəvət edilib.

Ana səhifəXəbərlərKXCP Əli Həsənovla Siyavuş Novruzovu qurultaya dəvət etdi