”Hakimiyyət saxta referendiumlarla ”əbədiliyini” qoruya biləcəyi zehniyyətindədir”
“20 faiz torpaqları işğal altında, təməl insan haqları məhv edilmiş, dərinləşmiş maliyyə böhranı ilə üz-üzə, korrupsiya-rüşvət məngənəsində çabalayan ölkəmizdə iqtidar ailə hakmiyyətini “əbədiləşdirmək” cəhdlərindən əl çəkmir”.
Bu fikirlər Klassik Xalq Cəbhəsi Partiyasının avqustun 4-də yaydığı bəyanatında yer alıb.
Bəyanatda bildirilib ki, qanunverici və məhkəmə hakimiyyətlərini məhv edərək əlavəsinə çevirən hakimiyyət seşkiləri saxtalaşdıran təhsil və səhiyyə təbəqəsindən formalaşdırdığı seçki komissiyalarını oyuncaq qurumlar halına gətirib. İqtidarın prinsiplərindən əl çəkməyərək hakimiyyətin ailə daxilində ötürülməsinə xidmət edən növbəti (üçüncü) referendumu keçirmək təşəbbüsü dünyanın inkişafının təməlində demokratyanın dayandığının fərqinə vara bilməməsindən qaynaqlanır: “Hətta bir neçə ildir dünya içtimaiyyətinin gündəmində yer alan ailənin ofşor banklardakı hesabları, bir çox ölkələrdəki mülkləri və mediadakı ticarət şəbəkələri ilə bağlı manşetlər, beynəlxalq təşkilatların korrupsiya-rüşvət hesabatları, Avropa İnsan Haqları Məhkəməsinin seçki saxtakarlıqları ilə bağl çoxsaylı qərarlarını gözardı edən hakimiyyət saxta referendiumlarla “əbədiliyini” qoruya biləcəyi zehniyyətindədir”.
“KXCP ailə hakimiyyətindən 23 illik saxta seçki-referendum oyununa son qoymağı və bədnam (üçüncü) referendiumla bağlı qərarların ləğv edilməsini tələb edir. KXCP ailə hakimiyyətinin “əbədiliyinin” qorunmasına hüquqi baza yaradılması məqsədi ilə keçiriləcək bədnam (üçüncü) referendiumu baykot edir və Azərbaycan xalqını bu referendiumda iştirak etməməyə çağırır”,-deyə bəyanatda bildirilir.