Kvota üzrə balıq ovu 35,8 faiz azalıb

Ötən il balıqçılar tərəfindən kvota üçün ödəniş 26,7 min manat təşkil edib

Source:


Ötən il balıqçılar tərəfindən kvota üçün ödəniş 26,7 min manat təşkil edib

2015-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icazəsi olan şəxslər 677,9 ton balıq ovu kvotasının 565,6 tonundan istifadə ediblər. 2014-cü illə müqayisədə 35,8 faiz kvota üzrə balıq ovu 35,8 faiz azalıb.

2015-ci ildə 156 hüquqi və fiziki şəxs balıq ovuna icazə alıb. Bu, 2014-cü illə müqayisədə 35 faiz azdır.

Ovlanmış balığın 138 tonu kilkə, 118 tonu siyənək, 116 tonu kütüm, 78 tonu kefal, 54 tonu külmə, 21 tonu çapaq balıqlarının, qalanı isə digər balıq növlərinin payına düşüb.

Ötən il balıqçılar tərəfindən kvota üçün ödəniş 26,7 min manat təşkil edib.

Minimum istehlak səbətinə əsasən, (16 iyun 2014-cü ildə təsdiq edilib), ölkədə bir nəfərin balıq və balıq məhsulları istehlakı üzrə minimal tələbat norması ildə 7,7 kq-dır. Bu hesabla illik balıq tələbatı 74 min ton olmalıdır.



contact.az

Ana səhifəXəbərlərKvota üzrə balıq ovu 35,8 faiz azalıb