"Əgər bu terroristlər geriyə çəkilməzsə və öz provokasiyalarını davam etdirərlərsə, biz hücum planımızı yeniləyə bilərik”,- Ərdoğan cümə axşamı qeyd edib.

Mənbə: Foto: arxiv

Başlıq: "Əgər bu terroristlər geriyə çəkilməzsə və öz provokasiyalarını davam etdirərlərsə, biz hücum planımızı yeniləyə bilərik”,- Ərdoğan cümə axşamı qeyd edib.

Kürdlər Türkiyəni atəşkəsi pozmaqda qınayır

Rusiya isə sülh planının toxunulmaz qaldığını deyir

Kürd rəhbərliyindəki Suriya Demokratik Qüvvələri (SDF) cümə axşamı günü Türkiyəni Suriyanın şimal-şərqindəki üç kəndi hədəfə alaraq vurmaqda günahlandırıb. Rusiya isə bu həftə razılaşdırılmış sülh planının mükəmməl şəkildə davam etdiyini deyib. “Reuters” xəbər verir.

Prezident Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin birgə razılaşdığı plana əsasən suriyalı kürd qüvvələri Türkiyə sərhədindən 30 km uzaqlaşmalıdır.

Bu barədə Rusiyanın RİA xəbər agentliyi SDF rəsmisinə istinadən xəbər verir.

Rusiya deyir ki, müqavilənin həyata keçirilməsinə kömək etmək üçün bölgəyə daha çox hərbi polis və ağır texnika göndərib. Sülh sazişindən sonra ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyaları qaldırıb. Vaşinqtonun bu addımı Türkiyə mediasında Ərdoğana təriflər yağdırıb.

Ankara SDF-in əsas tərkib hissəsi olan kürd YPG qüvvələrinin Türkiyənin cənub-şərqindəki kürd üsyançıları ilə əlaqəsi olduğunu iddia edir və bu səbəbdən onları da terrorçu kimi görür. Oktyabrın 9-da Tramp ABŞ qüvvələrini Suriyanın şimal-şərqindən çıxartmağı əmr etdikdən sonra Türkiyə sərhəd hücumuna başlayıb.

Putinlə razılaşdırılmış müqavilə öncədən ABŞ-ın təşəbbüsüylə yaradılmış atəşkəs müqaviləsini daha da gücləndirir və döyüşlərin sona çatmasına kömək edir.

Lakin SDF cümə axşamı günü verdiyi açıqlamada bildirib ki, türk qüvvələri atəşkəs bölgəsindən kənarda mövcud olan üç kəndə hücum edib və hücum minlərlə mülki şəxsin evlərini tərk etməsinə səbəb olub.

“Qüvvələrimizin atəşkəs qərarına sadiq qalmasına və bütün atəşkəs bölgəsindən çıxarılmasına baxmayaraq, Türkiyə dövləti və ona müttəfiq olan terrorçu qruplar hələ də atəşkəs rejimini pozur,” - SDF deyib.

“Qüvvələrimiz hələ də müharibədədir,”- qurum deyib və ABŞ-ı yenilənmiş döyüşün dayandırılmasına müdaxilə etməyə çağırıb.

Türkiyənin Müdafiə Nazirliyi SDF-in bəyanatını şərh etməkdən çəkinib. Lakin nazirlik qeyd edib ki, üç kəndin yaxınlığında yerləşən Ras əl Ayn şəhərinin ətrafında YPG döyüşçülərinin hücumu nəticəsində beş hərbi qulluqçu yaralanıb.

Türkiyə əvvəllər də qeyd edib ki, atəşkəs barışığına baxmayaraq, ərazidə qalan istənilən silahlıya qarşı özünümüdafiə hüququnu özündə saxlayır və lazımı anda bu hüququ istifadə edə bilər.

“Əgər bu terroristlər geriyə çəkilməzsə və öz provokasiyalarını davam etdirərlərsə, biz hücum planımızı yeniləyə bilərik”,- Ərdoğan cümə axşamı qeyd edib.

Bəşər əl Əsədin yaxın müttəfiqi olan Rusiya bölgədə əsas geopolitik oyunçu olaraq çərşənbə axşamı Rusiyanın Soçi şəhərində Türkiyəylə əldə edilmiş razılaşmanın tərkib hissəsi olaraq öz hərbi polis qüvvələrini Türkiyənin sərhədyanı ərazilərinə göndərir.

“Biz əminliklə deyə bilərik ki, Soçidə əldə edilmiş razılaşma yerinə yetirilir”, - “İnterfax” xəbər agentliyinə Rusiyanın Xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.

“Hər şey həyata keçirilir,” o bildirib.

RİA SDF rəsmisinə istinadən xəbər verir ki, kürd döyüşçüləri sərhəddən 32 km uzaqlaşıblar. Xəbərdə deyilir ki, Suriyadakı mövcud böhran siyasi həllini taparsa, kürdlər Suriya ordusuna qoşulmağı müzakirə edəcəklər.

Rusiya bir həftə ərzində bölgəyə 276 hərbi polis qüvvəsi və 33 hərbi texnika göndərməyi düşünür, - RİA xəbər agentliyi Müdafiə Nazirliyinə istinadən qeyd edir.

Növbəti çərşənbə axşamı Soçi müqaviləsi altında Rusiya və türk qüvvələri birlikdə Suriyanın şimal-şərqində 10 km-lik ərazini təftiş etməyə çıxacaq. Bu ərazilər indiyə qədər illərcə kürd müttəfiqləriylə birlikdə ABŞ qoşunlarının nəzarətində olub.

ABŞ qoşunlarının bölgədən çıxmasından iki həftə sonra rus polisinin Suriyanın şimal şərqinə yerləşdirilməsi bölgədə güc balansına dəyişiklik gətirib. Tənqidçilər Vaşinqtonu kürd müttəfiqlərinə xəyanətdə təqsirləndirir. Rus qüvvələrinin bölgəyə yerləşdirilməsi Rusiya ilə NATO gücü olan Türkiyə arasında genişlənən əlaqələrə də dəlalət edir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0887rx

Ən çox baxılan