Kürdəmirin icra başçısı barəsində həbs-qətimkan tədbiri seçilib (yenilənib)

Avqustun 20-də Binəqədi Rayon Məhkəməsində hakim Vüqar Məmmədov bu barədə qərar çıxarıb.

Source: Архив


***


Prezident İlham Əliyevin avqustun 20-də imzaladığı sərəncamla Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov vəzifəsindən azad edilib.


***


İcra başçısının birinci müavini Tacəddin Novruzov və icra hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov haqqında da qərar çıxarılıb

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov barəsində həbs qərarı verildi. Avqustun 20-də Binəqədi Rayon Məhkəməsində hakim Vüqar Məmmədov bu barədə qərar çıxarıb.

Məhkəmə icra başçısının istintaq dövründə həbsdə saxlanması barədə prokurorluğun təqdimatını təmin edib. Ceyhun Cəfərovun barəsində ilkin istintaq dövrü üçün dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İcra başçısıyla yanaşı, onunla birlikdə həbs olunanlar haqqında da həbs qərarı verilib. İcra başçısının birinci müavini Tacəddin Novruzov və icra hakimiyyətinin ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov haqqında da dörd aylıq həbs-qətimkan tədbiri qərarı avqustun 19-da axşam saat 22 radələrində çıxarılıb. Onların haqqında qərarı hakim Fərid Əmirəliyev verib. Onlar da vəzifə səlahiyyətindən sui-istifadə və rüşvət alma maddələrilə ittiham olunur.

Ceyhun Cəfərov 1965-ci ildə Yevlax şəhərində doğulub.

1992-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

Ceyhun Cəfərov 1994-1995-ci illərdə “Azərbərpa” İstehsalat Birliyində rəis müavini, 1995-1996-cı illərdə Nərimanov Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfat şöbəsində müdir müavini, 1996-cı ildə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində Texniki Nəzarət şöbəsində müdir, 1996-1999-cu illərdə Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəis, 2000-2006-cı illərdə Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis, 2006-2011-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2011-2014-cü illərdə isə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

O, 2014-cü ildən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindəydi.

Ana səhifəSiyasətKürdəmirin icra başçısı barəsində həbs-qətimkan tədbiri seçilib (yenilənib)