Kürdəmirdə baş verən yol qəzası

Mənbə: Foto: APA

Başlıq: Kürdəmirdə baş verən yol qəzası

Kürdəmirdə avtomobil qəzasında 4 nəfər ölüb (yenilənib)

Məqalə yeniləndi:  4 May 2020

***

Kürdəmir rayonu ərazisində baş verən yol qəzasında ölənlərin sayı 5 nəfərə çatıb.

Məlumata görə, 2 yaşlı Sabir Piriyev əməliyyat zamanı vəfat edib.

***

Ölənlərin arasında azyaşlı da var

Kürdəmir rayonunun Sor-Sor kəndi ərazisindən keçən yolda mayın 4-də “Mercedes” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsinə 4 nəfər ölüb.

Avtomobillərdə olan 7 nəfər yaralı isə rayon xəstəxanasına aparılıb.

“APA”nın məlumatına görə, ölənlərdən biri azyaşlı olub - 12 yaşlı Qorxmaz Kərimov:

“2 yaşlı Sabir Piriyevin vəziyyəti isə ağır olaraq qalır. Digər sərnişinlər Mehparə Kərimova, Aygün Kərimova, Aylin Həsənova orta yaşlıdırlar. “Nissan” markalı avtomobilin sürücüsü, İmişli rayon sakini Ceyhun Piriyev, sərnişinlər Şəfa Piriyeva, Reyhan Kərimova, Abbas Kərimov, Arzu Hətəmov isə xəstəxanaya yerləşdiriliblər”.

Faktla bağlı cinayət işi açılıb.

Statistikaya əsasən, 2019-cu ildə Azərbaycanda 1870 yol-nəqliyyat hadisəsi baş verib ki, bu da 2018-ci illə müqayisədə 2,9 faiz çoxdur. 1870 yol-nəqliyyat hadisəsində 821 nəfər ölüb, 1702 nəfər isə yaralanıb. Hadisələrin 44,9 faizi gündüz, 35,5 faizi gecə, 19,6 faizi isə toran vax olub. Qəzaların 29,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  4 May 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ni1y53

Ən çox baxılan