Sel və daşqın təhlükəsi yaranıb
Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində Kür çayının səviyyəsi artıb. “Report” xəbər verir ki, son günlər havaların yağışlı keçməsi nəticəsində Kür çayının aşağı axınında bu, daha çox müşahidə olunur.
Təkcə bu gün hər iki rayonda çayın səviyyəsi 4 santimetr artıb. Son bir ayda isə Kür çayının səviyyəsi ümumilikdə bir metrə yaxın qalxıb.
Mütəxəssislərin fikrincə, Kür çayının səviyyəsi bundan sonra 1-1,5 metr qalxarsa qurunt sularının üzə çıxmasına gətirib çıxara bilər. Bu da sel və daşqınlarla nəticələnə bilər.