Küçələri kitab satışına yasaqlanan Bakı (VİDEO)

Qurban Məmmədli Kitabaz layihəsinin müəllifidir. Onun bu ideyası Facebookda yaratdığı səhəfədə qiraəti təbliğdən başladı. Təxminən iki ay olardı ki, şəhərin mərkəzi küçələrində səyyar kitab satışı ilə də məşğul olurdu. Dediyinə görə, hər kitabdan onun qazancı cəmi 50 qəpik idi. Bir neçə müddətdir ki, indi onu bu kiçik qazancından və maraqlı məşğuliyyətindən də ediblər. Polis onun kitablarını da müsadirə etdiyindən bir neçə nəşriyyata borcu yaranıb. Üstəlik gənc avqustun 15-də polislər tərəfindən saxlanılaraq 9-cu polis bölməsinə aparılaraq cərimə də olunub. Səbəb kimi isə onun qanunsuz səyyar kitab satışı etməsi göstərilir.

Qurban Məmmədli:

“Bəllidir ki, kitabsız olan yerin sualları da mənasız olacaq. Mülkü geyimli bir insan şöbədə deyir ki, siz bunu indi tutursuz? Halbuki biz iki aydır satış heyata keçiririk. Mənim boynuma qoymaq istəyirdi ki, çoxdandır bu işlə məşğulam. Digəri isə başladı ki, pessimizmi yayırsız. Rəis isə içəri girib dedi ki, Mirzə Fətəli Axundov yaxşı şair olub, onun şeirlərini bilirəm, “Dəlilər” əsəri də maraqlıdır. Təkcə Çe Quevaranın kitabına görə məni 5 saat sorğu suala tutdular”.

Hüquqşünas Müzəffər Baxışov isə deyir ki, mövcud qanunlara görə Qurbanın cərimələnməsi yol veriləndir. Amma vətəndaşların şəhərin mərkəzi yerlərində rahat kitab almaq imkanı da olmalıdır.

Müzəffər Baxışov:

“Bakının gur yerlərində kitab satışına icazə vermək olar. Kitabın təbliğini aparmaq məqsədi ilə satış üçün daha çox yerlər müəyyən edilməlidir ki, orada kitabların satışı həyata keçirilsin”.

Əvvəllər şəhərin küçələrində içi kitab dolu bağlamalarla gəzən və vətəndaşlara yaxınlaşıb onlarda yeni nəşirlərə maraq oyatmağa çalışan Qurban yenidən kompyuterinin başına qayıdıb. O indi kitab satışını “online” olaraq reallaşdırmağa çalışır.

Qurban Məmmədli:

“Problemlər çoxdur. Bunu deməklə kiminsə mənə acımasını istəmirəm. Anam şəkər xəstəsidir. Dövlət tərəfindən heç bir yardım edilmir. Dərmanları özümüz alırıq. Mən özüm əməliyyat olunmalıyam. Bütün vəsaiti özümüz əldə edəcəyik. Dövlətdən heç nə ummuruq. Onda bir sual vermək istəyirəm. Dövlətin mənim ödəyəcəyim 80 manata ehtiyacı varmı?”.

Ana səhifəVideoKüçələri kitab satışına yasaqlanan Bakı (VİDEO)