Əməkdar artist: "Səhhətim imkan vermir"
Əməkdar artist Kübra Əliyeva kinoya çəkilməyəcəyini deyir.
Aktrisa Meydan TV-yə bildirib ki, buna səhhəti imkan vermir.
“Mənə baxan, üzdən yaxşı görür. Amma daxildəki Kübranı görmürlər, toparlanıram. Ağır sınaqlardan keçdim. Özümü qoruyuram. Allah ömür veribsə, yaşayacağam. İnsanlar bu dünyaya gəlir və gedir. Həyat elədir ki, dövr edir. Yeni nəsillər gəlir, biz köhnəlib, qocalıb gedirik. Bu, həyatın qanunudur”, – deyə o bildirib.
Süd vəzi xərçəngindən ağır əməliyyatlar keçirən Kübra Əliyeva hazırda özünü yaxşı hiss edir.
Azərbaycan teatr və kino aktrisası Kübra Əliyeva 1950-ci ildə Gəncədə doğulub.