Kubada təyyarə qəzasında 110 nəfər həlak olub

Ölkədə matəm elan edilib

Source:


Ölkədə matəm elan edilib

Kubanın paytaxtı Havana şəhər aeroportundan havaya qalxan “ Cubana de Aviacion” şirkətinə məxsus “Boeing 737” təyyarəsi

qəzaya uğrayıb

.

Qəza, təyyarənin havaya qalxmasından bir neçə dəqiqə sonra baş verib. Təyyarədə 110 nəfər sərnişin olub.

İlkin olaraq sərnişinlərdən 3 nəfər qadın sağ qalsa da, həmin qadınlardan ikisi sonradan keçiniblər.

Qəza ilə bağlı Kubada matəm elan olunub.

Bu “ Cubana de Aviacion” şirkəti üçün son 20 ildə ilk təyyarə qəzasıdır. Azərbaycan Prezidenti İlham Əliyev Kuba Dövlət Şurasının və Nazirlər Şurasının sədri Migel Dias-Kanel Bermudesə hadisə ilə bağlı başsağlığı verib.

Ana səhifəXəbərlərKubada təyyarə qəzasında 110 nəfər həlak olub