Kuba: ABŞ xüsusi qüvvələrini hərəkətə keçirir, Venesuelaya müdaxiləyə hazırlaşır

Eliot Abrams: “Bu, yeni bir yalandır”

Source:


Eliot Abrams: “Bu, yeni bir yalandır”

Kuba fevralın 14-də bildirib ki, ABŞ xüsusi qüvvələrini humanitar böhranı bəhanə edərək Venesuelaya daha da yaxınlaşdırır və bununla da gizli planın parçası olaraq bu xaotik Cənubi Amerika ölkəsinə müdaxilə etməyə hazırlaşır.

“İnqilabçı Hökumətin Bəyannaməsi” iddia edir ki, Venesuelada indiyədək baş verən hadisələr dövlət çevirilişinə hesablanıbmış, ancaq bu, baş tutmayıb.

ABŞ prezidenti Donald Tramp (Trump) administrasiyası Venesuela prezidenti Nikolas Maduronun hakimiyyətdən getməsinə və Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaydonun (Juan Guaido) hakimiyyətə gəlməsinə çalışır.

Quaydo üç həftə əvvəl Maduronun keçən il keçirilmiş seçkiləri yenidən qazanmasını saxta adlandıraraq prezidentliyə iddia edib.

Bu hadisələr Birləşmiş Ştatları ölkədə Venesuelaya təklif etdiyi yardımdan “1000 qat daha böyük zərər” verən ciddi sanksiyalar tətbiq etməsinə səbəb olub.

“6-10 fevral tarixləri arasında hərbi nəqliyyat təyyarələri ehtimal ki, bu ölkələrin hökumətləri bilmədən Porto Rikonun Rafael Miranda Hava Limanına, Dominikan Respublikasına, San Isidro Hava Bazasına və digər strateji baxımdan əhəmiyyətli Karib adalarına göndərilib,” – bəyannamədə deyilir.

Amerika Birləşmiş Ştatlarının Venesuelada xüsusi səfiri Eliot Abrams (Elliott Abrams) Vaşinqtonda Kubanın bəyanatı haqda suala “bu, yeni bir yalandır,”- deyib.

Dominikan Respublikasının xarici işlər naziri Miguel Vargas İtaliyadaykən qeyd edib ki, onların ölkəsinə Birləşmiş Ştatların hərbi nəqliyyat təyyarələri eniş etməyib. Həmçinin qeyd edib ki, onun hökuməti Venesuela böhranının sülhlə həllini dəstəkləyir.

Əsas neft istehsalçısı Venesuela hazırda ciddi iqtisadi böhran içindədir. Ölkə əhalisinin 3 milyona yaxını qonşu ölkələrə mühacirət edib. Kommunist Kuba Respublikası 1998-ci ildə keçmiş lider Hugo Chavezin başçılığı altına Bolivar İnqilabında bəri Venesuela hökumətinin əsas dəstəkçisidir.

Əsas Qərb və Latın Amerikası ölkələri, o cümlədən Amerika Birləşmiş Ştatları tez bir zamanda Quaydonu Venesuelanın legitim lideri olaraq tanıyıb və dəstək olaraq milyonlarla dollarlıq humanitar yardım söz verib. Yardım Venesuelanın Kolombiya və Brazilya sərhədlərinə çatmağa hazırlaşır.

Maduronun sosialist hökuməti Rusiya, Çin və digər millətlərin, o cümlədən ordunun dəstəyini saxlayır.

Ana səhifəXəbərlərKuba: ABŞ xüsusi qüvvələrini hərəkətə keçirir, Venesuelaya müdaxiləyə hazırlaşır