Kristofer Smit: Jurnalist təcili azad edilməlidir

”Hökumət Xədicəni həbsə atmaqla, yol verdiyi pozuntulardan diqqəti yayındıra biləcəyini düşündüsə, yanıldı”

Source:
Kristofer Smit
Kristofer Smit


”Hökumət Xədicəni həbsə atmaqla, yol verdiyi pozuntulardan diqqəti yayındıra biləcəyini düşündüsə, yanıldı”

ABŞ-ın Helsinki komissiyasının sədri, Konqresmen Kristofer Smit mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günündə bəyanat yayıb.

Konqresmen Rusiyada qətlə yetirilmiş jurnalist Anna Politkovskayanı yada salır, bu ölkədə öldürülmüş digər jurnalistlərin də qatillərinin hələ də tapılmadığını vurğulayır.

“Ancaq bu gün hamıdan çox Azərbaycan hökuməti tərəfindən təqib olunub həbsə atılmış qorxmaz araşdırıcı jurnalist Xədicə İsmayılovanı yad edirik”, deyən konqresmen jurnalistin hökumətin yüksək eşelonlarında korrupsiyanı üzə çıxardığına görə təhlükəsizlik orqanları tərəfindən qorxudulduğunu, daha sonra saxta ittihamlarla həbs olunduğunu vurğulayır.

“Azərbaycan hökuməti Xədicəni həbsə atmaqla, yol verdiyi pozuntulardan diqqəti yayındıra biləcəyini düşündüsə, yanıldı. Faktiki olaraq, Xədicənin həbsdə qalması onun aşkarlamağa çalışdığı korrupsiyanı daim yada salır. Onun həbsi yanlış addımdır və dərhal azadlığa buraxılmalıdır”.

Smit ötən ilin dekabrında “Azərbaycan Demokratiya Aktı”nı hazırlayıb. Məqsədin Azərbaycan hökumətinin müstəqil jurnalistləri, müxalifəti və vətəndaş qruplarını susdurmağa yönəlik sistematik cəhdlərinə diqqət çəkmək olduğu bildirilir. Rəsmilərə sanksiya qoyulması təklif olunur.

Konqresmenin bu layihəsindən sonra Azərbaycan parlamentində də ABŞ-la bağlı oxşar layihə hazırlandı.

Hakimiyyət təmsilçiləri ölkədə hüquq və azadlıqların pozulmasına dair tənqidləri qəbul etmir (


”Turan” IA


).

Ana səhifəXəbərlərKristofer Smit: Jurnalist təcili azad edilməlidir