Krım uşaqları

Source:

Məqalə

Hromadske

 saytında dərc olunub.

Ötən il onların sayı 50 idi, bu gün artıq 100 olub. Valideynləri siyasi məhbus olmuş və ya işğal edilmiş Krımda itkin düşmüş uşaq sayı. Onlara “Bizim balalar” (Krım tatarcasında “bizim uşaqlar” deməkdir) deyilir.

Krım siyasi məhbuslarının ailələrini dəstəkləyən qeyri-hökumət təşkilatı. Saxlanılanların əksəriyyəti qadınların ya işləmədiyi, ya da iş tapa bilmədiyi çoxuşaqlı inanclı müsəlman ailələrin üzvləridir.

“Hromadskoe” düz bir il əvvəl onların qonağı olmuşdu. Fotoqraf Alina Smutko ötən il ərzində onların başına gələnləri izləyib. Bu material üçün onlar “Bizim balalar”, Krım Həmrəyliyi, Kırım SOS  təşkilatlarından, #LetMyPeopleGo kampaniyasından, hüquqşünaslar və Krım tatarları siyasi məhbuslarının ailə üzvlərindən məlumat toplayıb.

Rəqəmlərlə Krımın siyasi həbslərə müqaviməti

100 uşaq işğal olunmuş Krımda yaşayır, valideynləri siyasi məhbusdur. Təşkilatın işə başladığı 2016-cı ildə bu uşaqların sayı 50 idi.

50 – Krım yarımadasında siyasi ittihamlarla ən azından bu qədər adam həbs olunub.

38 Krım tatarı ekstremizm və terrorizmlə və ya tətbiq olunan Rusiya hökumətini devirmək cəhdinə görə günahlandırılırlar.

1,5 ildir ki “Bizim balalar” təşkilatı fəaliyyətə başlayıb. Bu, itkin düşmüş Krım tatarlarına və ya məhkum ailələrinə dəstək qrupudur.

Həbs müddətlərinin cəmi 189 ildir.

Krım tatarlarının təşkilatı tərəfindən 4,5 milyon qriven (9,2 milyon rus rublu) valideynləri həbsxanada olan uşaqlara dəstək olmaq üçün yığılıb.

Hər ay hər uşaq “Bizim Balalar” təşkilatından 2300 qriven (5000 rus rublu) alır.

Ayda bir dəfə təşkilat çalışır ki, uşaqları toplayıb kiçik bayramlar təşkil etsin.

Bəkir, Əmir-Hüseyn Kukunun oğlu, ad günündə atasının azad edilməsi üçün dua edir. Bu yaxınlarda Bəkirin məktəbinə naməlum bir adam gəlib və atasının “pis adamlara qoşulduğunu” və bir müddət həbsxanada qalacağını söyləyib. Əmir Hüseyn Kuku – Krım-tatar İnsan Haqları Hərəkatının aktivisti və İnsan Haqları üzrə Krım Əlaqə Qrupunun Yalta rəhbəri. O, 11 fevral 2016-cı ildə həbs olunub və 15 ilədək həbs oluna bilər.

Safiye Kuku, Əmir-Hüseyn Kukunun qızı Krım Ali Məhkəməsinin pilləkənində kağızdan düzəldilmiş gəmini qaralayır. Saxlanınlanların qohumlarının məhkəməyə gəlməsinə icazə verilmir.

Ruslan Zeytullaevin üç qızından biri olan Serbiya Sevastopol yaxınlığındakı evdə oynayır. 2015-ci ilin yanvar ayından etibarən atasız yaşayır. Ruslan Zeytullayev Rusiyada rəsmi olaraq terrorist sayılan Hizb ut-Tahrir təşkilatının fəaliyyətində iştirak etməkdə ittiham olundu və 15 il ciddi rejimli həbsə məhkum olundu. Rusiyanın Ali Məhkəməsi Ruslanı günahkar saydı və cəzasını 15 ilədək artırdı.

Ruslan ittihamları qəbul etməyib və istintaq zamanı özünə qarşı ifadə verməkdən imtina edib. İstintaq zamanı bir sıra cinayətlər törədilib: “Məhkəmə müdafiə tərəfinin komandasına Zeytullaevin həbsinin uzadılmasını əsaslandıran iddia materiallarına çıxışı rədd etdi”.

Üzeyir Abdullayevin həyat yoldaşı və oğlu Mansur.  Abdullayev qardaşlar – Üzeyir və Temur – 2016-cı ilin oktyabrında evdə aparılan növbəti axtarış zamanı Hizb ut-Tahrirə qatılmaqda ittiham olunaraq həbs olundular.

Salsabil və Tasnim – Uzeyir Abdullayevin qızları.

Temur Abdullayevin 5 balaca uşağı var. Qardaşların anası Dilara Abdullayeva Rusiya dövlət başçısı Vladimir Putinə Krım tatarlarının təqibinin dayandırılmasını xahiş edən məktub yazıb.

Emil Cemadinovun ailəsi Simferopoldandır. Həyat yoldaşı Liana, oğulları Yunus və Yusuf, həmçinin yeni doğulan qızı Asiya. Cemadinov həmçinin Hizb ut-Tahririn fəaliyyətində təqsirləndirilib və 2016-cı ilin oktyabrında həbs olunub. Onun ailəsi və vəkilləri hesab edirlər ki, Emilin həbsinin səbəbi 2016-cı ildə Məkkəyə etdiyi həcc ziyarəti olub.

Ayder Saledinovun həyat yoldaşı Quzal və qızı Zeynəb Krım Ali Məhkəməsi binasında. Sonradan, 2017-ci ilin noyabr ayında Quzal Saledinova Krım siyasi məhbuslarından dördünün arvadıyla birgə qitə Ukraynasına getdiyi zaman Krım ilə inzibati sərhəddə müvəqqəti olaraq həbs edildi.

Baxçasarayda evdə nahar zamanı Zevri Abseitovun ailəsi. Həbsin birinci ilində Abseitov istintaq təcridxanasında olduğu vaxtlar Fatmanın həyat yoldaşıyla görüşməsinə icazə verilmirdi. Ailədə üç oğlan uşağı var: Akim, Sərdar, İslam və qızı Sibriye. Zevri Abseitov 2016-cı il mayın 12-də Hizb ut-Tahrirlə əməkdaşlıqda və hakimiyyəti zorla ələ keçirməkdə təqsirləndirilərək həbs olundu.

Siyasi məhbus Krım tatarlarının uşaqları axşam namazından əvvəl yerli müəzzini dinləyirlər. Ramazan ayının sonunda iftarda (oruc, axşam yeməyi) toplanıblar. Simferopol yaxınlığında Stroqanovka kəndi.

“Uşaqları xoşbəxt edənlər Allah tərəfindən xeyir-dua alacaqlar”. Aktivistlər Krım siyasi məhbuslarının uşaqları üçün Stroqanovka kəndində Uraza-Bayram İslam bayramına həsr olunmuş tədbir təşkil edirlər. Ötən il Urazza-Bayram bayramı Krım Tatar Bayrağı Günü ilə üst-üstə düşdü, buna görə də yerli restoranlar “Bizim balalar” təşkilatının uşaqlar üçün tədbir keçirməsi barədə razılığa gəliblər.

Ana səhifəXəbərlərKrım uşaqları