Ukrayna ətrafında qaynar siyasi proseslər, Rusiyanın Krımı ilhaq etməsi də daxil olmaqla Azərbaycan da daxil olmaqla postsovet məkanına təsirsiz ötüşmür. Bu və dünyada gedən siyasi proseslər barədə tanınmış poliotoloq Ramis Yunusla söhbətləşdik. Həmsöhbətimiz Azərbaycan hakimiyyət dairələrində çaəlşdığından müəyyən təcrübəyə malikdir, o, Nazirlər Kabinetində aparat rəhbəri, parlamentin İşlər müdiri vəzifələrində işləyib. Bunlardan əlavə, bir neçə il Yəmən və Səudiyyə Ərəbistanında çalışıb. Haqqında yazdığı ölkələrin mentalitetini, mədəniyyətini siyasi elitasını yaxşı tanıyır. Hazırda ABŞyaşayan R.Yunis bir sıra Amerika media, müstəqil fondlar və analtik mərkəzlərdə məsləhətçi kimi əməkdaşlıq edir.
– Ramis bəy, ötən ilin sonunda Sizinlə söhbətdə proqnozlaşdırdınız ki, Vilnüsdə Avropa Birliyi ilə razılaşma sazişini imzalamaqdan imtina edəcəyi təqdirdə Yanukoviç qarşısında prezident kreslosu dayanacaq. Eyni zamanda, Kremlin Kiyevə təsirini itirməmək üçün Krımda və Şərqi Ukraynada vəziyyəti gərginləşdirəcəyi, həm də öz maraqlarını reallaşdırmaq üçün Qara dəniz hərbi donanmasında istifadə edəcəyini bildirmişdiniz. Belə də oldu. Bəs bundan sonra nə gözlənilir, Moskva Kiyevə təsirlərini hansı formada həyata keçirəcək?
Kremldə oturan Rusiya siyasətçilərinin davranışlarına onların bu ölkənin xüsusi xidmət orqanlarına rəhbərlik etdiyi dövrün prizmasından baxmaq lazımdır.
Konkretləşdirsək, Putinin 2007-ci ilin 10 fevralda siyasi təhlükəsizliklə bağlı Münhen konfransında proqram məruzəsinə baxmaq lazımdır. Hansı ki, Qərb, xüsusən ABŞ siyasi dairələrini “soyuq müharibə” polemikasına təhrik etmək var idi.Amerika nümayəndələri konfransda o fikrə gəldilər ki, Putinin məruzəsi “Soyuq müharibə” dövründə Rusiya rəhbərlərinin aqressiv çıxışını xatırladır. Təəssüf ki, ənənəvi Qərb praqmatizmi ABŞ və onun Avropadakı müttəfiqlırinə Kremlin yeni rəhbərininin neoimperializm düşüncələrini neytrallaşdırmağöa imkan vermədi. Və bu 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana aqressiyyası ilə nəticələndi. Avqust olayları artıq hamı üçün siqnal idi ki, Moskva Putinin Münhen məruzəsini praktiki baxımdan reallaşdırır. Bilirsiniz ki, o zaman ABŞ və müttəfiqləri Moskvaya Tiflisə qədər gedib Saakaşvili hakimiyyətini devirməyə imkan vermədi. Yəni rus ordusunu Gürcüstan paytaxtının astanasında saxladılar. 2008-ci ildə Putin əsaslı cavab almadığından əvvəlki ssenarini təkrarlamaq qərarına gəldi və Krımı işğal etdi. Bununla da o, Ukraynanın bir hissəsini Rusiyanın ərazisi elan etməklə bütün beynəlxalq razılaşmaları, əsasən də 1994-cü il Budapeşt qətnaməsini pozdu.
Eyni ilə Gürcüstana qarşı həyata keçirilən aqressiya bu gün Ukraynaya siyahlı təzyiqlərin təkrarıdır, baxın, Rusiya qonşu ölkə ilə sərhədlərə geniş tərkibli qoşun toplayır. O ki qaldı ABŞ və Avropa Birliyinə, görünıən odur ki, onlar keçmişin səhvlərini təkrar etmək istəmirlər və daha sərt olmağa cəhd edirlər.
– Sərt deyəndə, nələri nəzərdə tutursunuz? Bəzi müşahidəçilər əksinə, Qərbin ehtiyatlı yanaşmasını Rusiyanın enerji resurslarından asılılığında görürlər, yəni Moskvanın təcridi avropalıların özünə zərbə ola bilər mənaslnda, bu amili real sayırsınızmı?
Qərb ölkələrinin ehtiyatlılığı yalnız enerji resursları ilə bağlı deyil. Qərb siyasətçiləri xarici siyasət haqqında qərar qəbul edərkən öz xalqlarının rəyini öyrənməyə məcburdurlar. Hansı ki, kütləvi yanaşmada öz dövlətlərinin üçüncü ölkədə hərbi əməliyyatlar keçirməsinə müsbət münasibət olmadığından ABŞ və AB ölkələrində heç bir siyasi qüvvə seçkilərdə səs itirmələrini istəmir. Eyni zamanda, AB ölkələrinin enerji resurslarının 25 faizini Rusiya təmin edir. Bax, bu iki amil ehtiyatlılıq yaradır, amma bu heç də tam mənada belə deyil.
– O zaman Qərbi ləngidən nədir? Doğrudanmı, ABŞ və müttəfiqləri ümid edirlər ki, Rusiya işğal etdiyi Krımı, Abxaziyanı və Cənubi Osetiyanı könüllü şəkildə tərk edəcək?
Qərbin Rusiyayla şahmat löhvəsindəki taktikası aydındır: dəyər daşımayan fiqurları qurban verməklə Şərqə doğru irəliləmək. Xəritəyə baxın, Abxaziya və Cənubi Osetiyanı verirlər, hansı ki, 20 ildir Rusiya işğal edib, bu anklavlara heç bir təsiri olmayan Gürcüstan isə AB və NATO-ya yaxınlaşır. Ukraynada da eyni situasiya gözlənilir, Krımı müvəqqəti verməklə. Ukrayna onsuz da AB və NATO-ya doğru irəliləyir və Kreml prosesi saxlaya bilməyəcək. Növbəti zəncirvari proses Moldovada gedir, hansı ki, bu gün dilemma qarşısındadır: Dnestryanı bölgəni müvəqqəti versinmi? Halbuki, 20 ildir Rusiyanın işğalındadır və Moldova AB və NATO-ya doğru irəliləyir. Bilirsiniz ki, Moldova Avropa Birliyiy ilə razılaşmanı imzalayıb. Bir sözlə, Rusiya və Qərb bir-birinin güclü və zəif yerlərini bildiklərindən oyun qaydalarını izləməkdə davam edəcəklər. Amma unutmayaq ki, bu partiyada “ağ fiqurlar”la ABŞ və müttəfiqləri oynayır. Rusiya elə bir mövqedədir ki, hər bir hərəkəti onun durumunu ağırlaşdıracaq, bunun ardınca isə Qərb Rusiyanı iqtisadi baxımdan zəiflədəcək. Necə ki, satirik Jvanesskiy deyir: Rusiyanın tanklarla etdiyini, Qərb banklarla edir.
– Bəs ilhaq olunmuş əraziləri gələcəkdə nə gözləyir, Rusiya uzun müddət onları saxlaya biləcəkmi?
İkinci dünya müharibəsinin nəticələrini xatırlayın, necə ki, müttəfiqlər və anti-hitler koalisiyası Avropanı iki hissəyə böldü, Şərqi və Qərbi Avropa. O zaman SSRİ-nin Qərb tərəfdaşları güzəştə getsələr də, “soyuq müharibə” şərtləri ilə əhatələnən “Marşall planı”yla öz üstünlüyünü təsdiqlədi, ardınca “Şər imperiyası”nın dağılmasıyla bir addımla həmin ıraziləri geri qaytardı. Bu gün Rusiya özünün siyasi və iqtisadi göstəriciləri ilə indiki kimi çox davam edə bilməz. Fikir verin, Qərb tələsmir, heç kimə xaos gərək deyil, əsasən də dünyanın nüvə silahına sahib gücünə. Görün, ətrafda hansı problemlər var, Suriya, İran, Misir və inqilabdan sonrakı bütün ərəb dünyası. Əgər vaxt gələndə Rusiyada Putinin avtoritar modeli iflasa uğrayanda, Qərbin əlində “idarəolunan xaos” və başqa rıçaqlar yetərincədir. Məgər, Siz elə bilirsiniz ki, prezident Obama Səudiyyə Ərəbistanı kralı ilə görüşə elə belə getmişdi? Neft qiymətlərinin bir dalğa düşməsi ilə Putin rejimin sona çatması zamanı yaxınıaşacaq. Sual yalnız bu ola bilər: nə vaxt neft qiymətlərinin endirilməsi əmri veriləcək və nə qədər endiriləcək? Bəlkə bunsuz da keçinmək olacaq? Məsələ ondadır ki, Rusiya Ukrayna sərhəddindən qoşunlarını çəkdi, onlar gözəl bilirlər ki, ABŞ prezidenti ilə səudiyyə kralı nədən danışa bilərlər. Bir sözlə, gec-tez Krım, Abxaziya, Cənubi Osetiya öz ölkələrinə qaytarılacaq və Avropa Birliyinin üzvü olacaqlar. Və bunu çox gözləmək gərək olmayacaq, bu, Kremldə hakimiyyət dəyişikliyindən sonra olacaq, hansı ki, bu, o qədər də uzaqda deyil.
– Bəs Azərbaycan nə etməlidir, hansı ki, ərazisinin 20 faizi işğal altındadır, həm də Rusiya ilə yox, İran və Ermənistanla sərhədi var? Bizim regiona böyük proseslərin təsirləri necə ola bilər və özümüzü bu məqamda necə aparmalıyıq?
Sözsüz ki, Bakıda baş verənləri diqqətlə izləyirlər, çox gözəl bilirlər ki, rusiya döyüşsüz öz mövqelərini təslim etməyi düşünmür və bu, özünü Gürcüstanda, Ukraynada göstərdi. Rusiyanın Ermənistanda tutumlu hərbi bazası, İranla böyük, amma pis qorunan sərhədimiz, Rusiyayla eyni şəffaf sərhəd, həm də uzun müddətdir Dağıstan tərıfdə toplanan separatçılar, bu mənada bəlkə Bakının susqunluğunu başa düşmək olar. Amma mən Azərbaycan hakimiyyətinin “iki stulda” oturmağınının heç bir divident gətirmədiyini anlamadığı başa düşmürəm. Artıq seçim vaxtı çatıb, hansı ki, stullardan biri çat verir, sınmaq üzrədir və yıxılanda növbəti zədəni ala bilərsən. Məgər, Azərbaycana bu zədələr kifayət deyil?
– Siz Azərbaycandakı daxili situasiyanı necə qiymətləndirirsiniz və bizim problemlər uzaq Amerikadan necə görünür?
Qısa desəm, durğunluqdur. Belə bir fikir yaranır ki, hamı nəsə gözləyir, amma bilmir nəyi. Rejimin avtoritarizmi o qədər uzağa gedib ki, bu gün hansısa siyasi rejimdən danışmaq olmur. Baxın, Rusiyanın Krımı ilhaqına münasibətdə Bakıda bir dəfə də anti-Rusiya mitinqi, yaxud kiçik etiraz piketi keçirilmədi!!! Halbuki, Moskvada on minlərlə insan Rusiyanın aqressiyasına etiraz etdi. Hətta avtoritar Belarusda belə minlərlə insan Minskidə yürüş etdilər. Bakıda isə Rusiya səfirliyi qarşısında yalniz bir necə gənc fəallar kiçik piket keçirdib.Müxalifətin və hakimiyyətin, o cümlədən cəmiyyətin vahid mövqedən çıxış etməsi yaxşi fürsəti yaranmişdi. Amma alınmadı. Görünür, yeni qərarların qəbul edilməsi zamanı gəlib, cəmiyyətin siyasi mənzərəsini dəyişmək üçün yeni meydanalara ehtiyac var, bəlkə yeni siyasətçilərin gəlməsi zamanı çatıb…
Müsahibəni aldı: Mövsün Hacıyev