Kreditlər bahalaşa bilər

”Əslində Mərkəzi Bankın bu qərarı bir qədər gecikib”

Source:


”Əslində Mərkəzi Bankın bu qərarı bir qədər gecikib”

Fevralın 15-də Mərkəzi Bank uçot dərəcəsinin 3 faizdən 5 faizə qaldırıldığını açıqlayıb. Hesab olunur ki, faizin artırılması kreditlərin bahalaşmasına səbəb olacaq.

İqtisadçı Samir Əliyevin sözlərinə görə, milli valyutaların devalvasiyasından sonra inflyasiya təzyiqlərini azaltmaq üçün bir qayda olaraq Mərkəzi banklar uçot dərəcəsini qaldırır. Bu baxımdan Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 3 faizdən 5 faizə qaldırması gözlənilən idi:

“Əslində Mərkəzi Bankın bu qərarı bir qədər gecikib. Çünki MB-nin siyasəti pul kütləsini azaltmaq olub və inflyasiyaya qarşı belə mübarizə aparıb. MB-nin bu addımı inflyasiyanı cilovlamaqdır və manat aktivlərinin gəlirliyini artırmaqdır. Belə ehtimal etmək olar ki, bankları təmin etmək üçün MB yaxın dövrlədə manat kütləsini artırmaq niyyətindədir. Bu addım kreditləri bahalaşdıracaq və iqtisadi aktivliyi məhdudlaşdlracaq. Görünür, monetar siyasət iqtisadi aktivliyi artırmaqdan çox qiymətlərin artımının qarşısını almaq üzərində qurulub. Bunu manata güvənliyi artırmaq siyasətinin tərkibi hissəsi də adlandırmaq olar”.



marja.az

Ana səhifəXəbərlərKreditlər bahalaşa bilər