Kredit borclarının hansı məzənnə ilə qaytarılmasına dair iclas keçirilib

“Konstitusiya Məhkəməsi dollarda olan kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər”

Source:


“Konstitusiya Məhkəməsi dollarda olan kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər”

Mayın 7-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.


APA

-nın məlumatına görə, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclas kredit borclarının hansı məzənnə ilə qaytarılması bilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsinin müraciətinə həsr olunub.

İclasda Ombudsman Aparatının nümayəndəsi Mahir Məmmədov, Göyçay rayon Məhkəməsinin hakimi Elxan Babayev, ekspert qismində BDU-nun dosenti Azad Talıbov, Ali Məhkəmənin hakimi İlqar Dəmirov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov, Mərkəzi Bankın baş direktoru Rəşad Orucov,

Milli Məclis

in şöbə müdiri Rövşən Muradov iştirak ediblər.

Plenumda çıxış edən Mərkəzi Bankın direktoru Rəşad Orucov bildirib ki, Konstitusiya Məhkəməsi dollarda olan kreditlərin köhnə məzənnə ilə ödənilməsini ehtiva edən qərar qəbul edərsə, bu, Azərbaycanın maliyyə sisteminin çökməsinə səbəb ola bilər.

Rəşad Orucov qeyd edib ki, “kreditlərin verilməsi” “ödəniş vasitəsi” anlamına gəlmir. Pul da əşyalardan biridir. Kredit verilməsi, bankın pul mülkiyyətini borcalana istifadə etməyə verməsi deməkdir.  Əşyanın valyutasının müəyyən edilməsi və ya seçilməsi tərəflərin öz hüququdur.

“Əgər kredit dollar əşyasında verilibsə dollarda, manat əşyasında verilibsə manatda geri qaytarılmalıdır”, o deyib.

Məhkəmədə tərəflər və ekspertlər dinlənilib. Bundan sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib ki, məhkəmə məsələ ilə bağlı yaxın zamanlarda qərar qəbul edəcək və qərar elan olunacaq.

Fevralın 21-də Mərkəzi Bank manatın məzənnəsinin devalvasiyası ilə bağlı müvafiq qərarı vətəndaşlar arasında bir sıra suallar yaradıb. Bir müddət əvvəl Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Göyçay Rayon Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması, habelə həmin Məcəllənin 439.1-ci, 439.2-ci və 439.7-ci maddələrinin şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müvafiq olaraq sorğu və müraciət göndərib. Eyni zamanda, Mülki Məcəllənin bəzi müddəalarına aydınlıq gətirilməsi də soruşulub.

Ana səhifəXəbərlərKredit borclarının hansı məzənnə ilə qaytarılmasına dair iclas keçirilib